“Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
Tarix: 15.01.2018 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirimi səkkizinci ildönümünün keçirilmiəsi ilə bağlı tədbirlər planı”na əsasən 2018-ci il yanvarın 18-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək. Bu haqda İstiqlal Muzeyindən redaksiyamıza məlumat verilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda misli görünməmiş faciə baş verib, nəticədə yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb. 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət vermiş və 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilib.
Sərgidə muzeyə yenə daxil olmuş 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar Fondunun sədri Maral Zamanova Qocaman, 20 Yanvar şəhidi Baxışıyev Salmanın həyat yoldaşı Baxışıyeva Məryəm, 20 Yanvar faciəsinin şahidi və iştirakçısı Əsədov Hicran, 20 Yanvar şəhidi Məmmədov Şahinin bacısı qızı Hüseynova Şəmsiyyə çıxış edəcəklər, sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti və Musiqi sənəti” fakültəsinin tələbərinin hazırladığı bədii hissə təqdim olunacaq.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.
Mahmud






 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb
18.09.2019
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019
Xalqının taleyini yaşayan dahi
18.09.2019
“Beryozka” ansamblı Bakıda konsert verəcək
18.09.2019
“Artım”da uşaqlar üçün ustad dərsləri keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info