Gürcüstan Ermənistana nəfəslik açacaqmı?
Tarix: 15.01.2018 | Saat: 19:54:00 | E-mail | Çapa göndər
Yanvarın 31-də keçiriləcək Abaşidze-Karasin görüşündə Abxaziya dəmir yolu ilə bağlı məsələ növbəti dəfə müzakirə ediləcək

Ötən ilin sonunda Gürcüstanla Rusiya arasında Abxaziya dəmir yolundan istifadə ilə bağlı razılaşma əldə olunması ilə bağlı məlumat yayıldı. Gürcüstanın baş naziri parlamentdə hesabat verərkən də bu məsələnin mümkün olduğunu elan etmişdi.
Bundan sonra gürcü müxalifəti və ictimai-siyasi fəallar bu məsələyə qarşı sərt mövqe ortaya qoydular. Bu məsələ ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, həmin dəmir yolu xəttinin bərpa edilməsi torpaqlarımızı işğal edən Ermənistanla Rusiya arasında dəmir yolu əlaqəsinin yaranması deməkdir. Elə ötən ilin sonunda Ermənistan prezidenti Sərkisyanı təcili Tbilisiyə iki günlük səfərə aparan səbəb də bu dəmir yolu xəttidir. İrəvan rəhbərliyi Tbilisini həmin xətti açmağa inandırmağa çalışır. Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən İsveçrə şirkəti neytral tərəf kimi gömrük məntəqələrində yüklərə nəzarət etməlidir. Bu məsələ neçə ildir ki, gündəmə gəlir. Məsələ ondadır ki, bu xəttin açılması Gürcüstanın öz ərazisində yaradılan separatçı rejimləri tanıması anlamına gəlir. Digər tərəfdən qonşu Gürcüstan bu məsələdə yaxın müttəfiqi və sərmayədarı Azərbaycanın da maraqlarını nəzərə almalıdır.

Abaşidze:
“Xüsusi qeyd etmək istəyirəm: bu, gürcü-rus razılaşmasıdır. Bu kontekstdə bütün məsələlərə İsveçrə şirkəti ilə birgə ancaq Tbilisi və Moskvada baxılmalıdır”


Yanvar ayının sonunda Gürcüstan baş nazirinin səlahiyyətli nümayəndəsi Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Karasin arasında növbəti görüş olacaq. Abxaziya dəmir yolu ilə bağlı məsələ həmin görüşdə növbəti dəfə müzakirə ediləcək. Zurab Abaşidze “Nezavisimaya qazeta”ya açıqlamasında yanvarın 31-də keçiriləcək danışıqları dəyərləndirib. O bildirib ki, ənənəvi olaraq keçirilən Praqa formatında danışıqlarda ticarət-iqtisadi əlaqələr, nəqliyyat kommunikasiya, humanitar mövzular müzakirə edilir: “2013-cü ildə ticarət əlaqəsini tam həcmdə bərpa etmişik. 2006-cı ildə Rusiya gürcü şərablarına embarqo tətbiq etmişdi. Bu sahədə də artıq müsbət dinamikaya nail olmuşuq. Bir il əvvəllə müqayisədə 2017-ci ildə ticarət dövriyyəsi 33 faiz artaraq 1 milyard dollara çatıb. Sərnişin və yük daşımaları artır. Rusiya şəhərlərini Tbilisi, Kutaisi və Batumi ilə əlaqələndirən birbaşa aviareyslər fəaliyyət göstərir. Gürcüstandan vacib ticarət marşrutları keçir və onlardan gürcü və rus şirkətləri ilə yanaşı, Rusiya ilə ticarət həyata keçirən qonşularımız da istifadə edir. Bütün bunlar Rusiyadan gələn turistlərin sayında artıma səbəb olub. Ötən il Gürcüstana gələn rusların sayı 1 milyon 400 min nəfər olub”. Diplomat müsahibəsində bildirib ki, Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan imtina etmir: “Gürcüstan isə heç vaxt bununla razılaşmayacaq. Gürcüstanın həmin iki regionu daha çox Rusiya məkanına inteqrasiya edir. Orada Rusiyanın hərbi iştirakı artır. Bu günlərdə həmin ərazilərə yeni hərbi texnika gətirilib. Həmin ərazilərdə yaşayan gürcülərin hüquqları pozulur. İnsanlar daim qorxu içində yaşayırlar. Bunlar isə beynəlxalq hüquq və Gürcüstanın suverenliyi, ərazi bütövlüyü prinsipinə ziddir. Situasiya elədir ki, kiçik konflikt sonradan idarəolunmaz proseslərə səbəb ola bilər. Bu isə nəinki Gürcüstanın, eləcə də regionun təhlükəsizliyi üçün təhdid yaradır. Regional kontekstdə yanaşanda situasiya optimizmə əsas vermir”. Abaşidze nəşrin Abxaziya dəmir yolunun açılması ilə bağlı sualını da cavablandırıb. Gürcü diplomat bildirib ki, 2011-ci ildə Gürcüstanla Rusiya arasında razılaşma əldə edilib ki, gömrük nəzarəti üçün neytral İsveçrə şirkəti dəvət edilsin. Uzun müddət çəkən hazırlıq dönəmindən sonra gürcü tərəfi ötən ilin dekabrında İsveçrə şirkəti ilə müqavilə imzalayıb. İndi analoji müqaviləni rəsmiləşdirmək növbəsi Rusiyanındır. Bundan sonra bu qeyri-adi layihənin implementasiyası başlamalıdır. Xüsusi qeyd etmək istəyirəm: bu, gürcü-rus razılaşmasıdır. Bu kontekstdə bütün məsələlərə İsveçrə şirkəti ilə birgə ancaq Tbilisi və Moskvada baxılmalıdır”. Onu da qeyd edək ki, bu günlərdə belə bir məlumat yayıldı ki, separatçı Cənubi Osetiya rejimi Gürcüstanla sərhəddə olan “Razdaxan”da gömrük məntəqəsi yaradıb. Sxinvali Gürcüstana 50 kq-dan artıq yük aparılması ilə bağlı qadağaya da baxılacağını bildirib. Bəzi mənbələr qeyd edir ki, separatçı Sxinvalinin bu addımı İsveçrə şirkəti ilə əldə edilən razılaşma kontekstində atılıb. Abaşidze bu məsələyə belə cavab verib: “Gürcüstanın mövqeyi aydındır. Biz bu addımı qeyri-qanuni hesab edirik. Bu addımın İsveçrə şirkətilə müqaviləyə dəxli yoxdur. Həmin razılaşma Gürcüstanla Rusiya arasındadır və iki tərəfə aiddir”.
Anar Miriyev







 
Bölməyə aid digər xəbərlər
23.02.2018
«ArmenianReport»: ”30 ildir ki, erməni qaçqınlar dövlətdən heç bir kömək almayıblar”
23.02.2018
“Regional əməkdaşlığın müvəffəqiyyət örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu“
22.02.2018
Ermənistanda gərginlik artır
22.02.2018
Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
22.02.2018
İzmirdə Xocalı Soyqırımı qurbanları anılacaq

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8482

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
4 Qaradağlı faciəsindən 26 il ötür
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info