İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
Tarix: 16.01.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


İran Nazirlər Kabineti Rəşt-Astara dəmir yolunun tikintisi məqsədilə Azərbaycandan kredit almaq üçün lazımı icazəni təsdiqləyib. APA-nın məlumatına görə, İran prezidenti Həsən Ruhaninin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinə Azərbaycandan 500 milyon dollar dəyərində kredit almaq üçün icazə verilib. Məlumata görə, kredit Rəşt-Astara dəmir yolunun tikinti layihəsinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Kreditin alınması və tikinti layihəsinin icrası üçün 3 il, kreditin geri qaytarılması üçün isə 7 il vaxt nəzərdə tutulub. Xatırladaq ki, bundan öncə İranın yol və şəhərsalma nazirinin müavini Əli Nurzad bildirib ki, Azərbaycanla aparılmış müzakirələrə əsasən, kredit aşağı faizlə, təqribən 2,5 faizlə İrana veriləcək. İranın Nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin baş direktoru Xeyrullah Xadimi də bundan öncə APA-ya açıqlamasında qeyd edib ki, İran Astarasında yük terminalı və stansiyalarının tikintisinə dair işlər davam etdirilir. Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İranın Bəndər-Abbas limanı ilə Azərbaycanın Astara şəhərini birləşdirəcək. Bu dəhlizlə nəinki İran, eləcə də Hindistan, Çin və İran körfəzi ölkələri Avropa ilə idxal və ixrac əməliyyatları aparacaqlar. Azərbaycan ərazisindən keçən dəhliz daha səmərəli və iqtisadi baxımdan əlverişlidir. “Şimal-Cənub” dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatdırılacağı proqnozlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Sahibə Qafarova: Ermənistan BMT-nin və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir
23.09.2020
Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
22.09.2020
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb
22.09.2020
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
21.09.2020
Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info