ABŞ PKK-nın Suriya qoluna zenit-raket kompleksləri verib
Tarix: 16.01.2018 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


ABŞ gizli şəkildə PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə daşınan zenit-raket kompleksləri verib.
Bu barədə “Al-Masdar” agentliyi məlumat yayıb.
ABŞ hərbçiləri zenit-raket komplekslərini keçən həftə PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsinə çatdırıb. Zenit-raket komplekslərinin PYD/YPG-yə verilməsi ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılan beynəlxalq koalisiya ilə əlaqəsi yoxdur. Bu silahlar ABŞ və PYD/YPG arasında ikitərəfli razılaşma əsasında terror təşkilatına verilib. “Al-Masdar” agentliyinin məlumatında qeyd edilib ki, zenit-raket kompleksləri Türkiyə ordusunun "Fərat qalxanı" əməliyyatı zamanı İŞİD terrorçularından azad etdiyi ərazidəki suriyalı müxaliflərə qarşı istifadə edilmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi. İki gün əvvəl ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. Dünən Türkiyə prezidenti ABŞ-ın Suriyada formalaşdırmaq istədiyi 30 minlik terrorçu ordunu məhv edəcəklərini bəyan edib(APA).




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info