Prezident İlham Əliyev: SOCAR Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdıracaq
Tarix: 16.01.2018 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


SOCAR Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdıracaq.
Prezident İlham Əliyev bu fikirləri yanvarın 15-də Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla mətbuata bəyanatlarla çıxış edərkən səsləndirib.
“Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər”, - deyə Prezident İlham Əliyev.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaq: “Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanıb. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilib və əminəm ki, danışıqlar tezliklə başlanacaq”(AZƏRTAC) .




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Qax–Qıpçaq–Ağyazı yolunun tikintisinə 15,1 milyon manat ayrılıb
16.10.2018
Azərbaycanın müstəqilliyinin memarı
16.10.2018
Diaspor üzvü Almatıda anılıb
16.10.2018
“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb
16.10.2018
Gömrükçülər gizlədilmiş mobil telefonlar aşkarlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info