Elektrik enerjisinə olan daxili ehtiyacın proqnozlaşdırılması üzrə qiymətləndirmə prosesi başa çatıb
Tarix: 16.01.2018 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Energetika Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
 
Nazirlikdən verilən məlumata görə, iclasda Yol xəritəsi üzrə 2017-ci il ərzində tamamlanması nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyəti müzakirə edilib. Bildirilib ki, Strateji Yol Xəritəsində 2017-ci ildə yekunlaşdırılması nəzərdə tutulan ümumilikdə 18 tədbirin 8-də Energetika Nazirliyi əsas icraçı qismində çıxış edir. Aidiyyəti qurumlarla birgə elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi artıq başa çatdırılıb. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmalar da hazırlanıb.
 
“İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi” prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə İşçi Qrupu yaradılıb. “Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi” metodikası da tərtib edilərək, müvafiq qurumlara təqdim olunub.
 
Elektroenergetika və istilik təchizatı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində isə “Elektroenergetika haqqında” qanun layihəsi və “İstilik enerjisindən istifadə qaydaları” işlənib hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Səmərəliliyin artırılması tədbirinə uyğun olaraq, elektrik verilişi və paylama şəbəkələri üzrə araşdırmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi əsasında tədbirlər planı müəyyənləşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info