Bakıdan Sofiyaya birbaşa uçuşlara başlanıb
Tarix: 16.01.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Bu gündən Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib.
 
İlk birbaşa aviareysin açılışında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər və “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilib.
 
Bununla da Bolqarıstanın paytaxtı Azərbaycanın aşağı büdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirdiyi ilk şəhər olub.
 
Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi 29 avro (bir tərəfə) təşkil edəcək.
 
Aşağı büdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, havagəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində  təklif edəcək.
 
Qeyd edək ki, bugünkü aviareys 08:30-da həyata keçirilib və Sofiya şəhərinə eniş 11:55-də reallaşacaq. Yanvar ayının 23-dən isə müntəzəm uçuşlara başlanılacaq və martın 24-nə kimi davam etdiriləcək. Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək. Bakıdan uçuş 08:30-11:55, Sofiyadan geri dönüş isə 12:55-16:05 olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info