Pianoçular üçün müsabiqə
Tarix: 16.01.2018 | Saat: 11:32:00 | E-mail | Çapa göndər
Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə görkəmli bəstəkar, Əməkdar Incəsənət  Xadimi, “Humay” Milli Mükafatı laureatı, professor Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi elan edir.
21-25 aprel 2019-cü ilin tarixində Bakı şəhərində keçiriləcək müsabiqə 2 yaş qrupu üzrə (I qrup – 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) və 3 mərhələdə aparılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 01 aprel 2019-cu il tarixinədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər.
Müsabiqənin məqsəd və vəzifələri uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsidir. 
Münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvləri olan tanınmış incəsənət xadimləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək.
 
 
Qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunur. 
I yer – 1000 manat və I dərəcəli Diplom
II yer – 800 manat və II dərəcəli Diplom
III yer – 600 manat və III dərəcəli Diplom
Həvəsləndirici mükafat – 400 manat.
 
Müsabiqə ilə əlaqədar ətraflı məlumat əldə etmək üçün:
 
(012) 598  08   84- Azərbaycan Bəstəkarlar İttıfaqı
(012) 493  79   04- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası




 
Bölməyə aid digər xəbərlər
23.02.2018
Bakıda İran kinosu günlərinin açılışı olub
23.02.2018
Daşkənddə “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib
22.02.2018
Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək
22.02.2018
Oqtay Mirqasımov ustad dərsləri keçəcək
21.02.2018
Elza İbrahimovanın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8482

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
4 Qaradağlı faciəsindən 26 il ötür
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info