40 kilometrlik yol təmir edilir
Tarix: 16.01.2018 | Saat: 12:29:00 | E-mail | Çapa göndər


Avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlər çərçivəsində, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 kilometr) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, əsaslı təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya, həmçinin hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir.
Layihə çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı inşa olunur. Bu işlər artıq 20 kilometrlik ərazidə yekunlaşdırılıb.
Bundan başqa, yol yatağının və yol əsası hazır olan hissələrdə artıq asfaltlanma işlərinə də başlanılıb və 7 kilometrlik hissəyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə yolun 350 min kvadratmetrdən çox sahəsinə 3 qat olmaqla 20 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək.
Tikinti layihəsinə əsasən, yolboyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq 1 körpüdə bu işlər yekunlaşıb, birində isə tamamlanmaq üzrədir.
Qeyd olunub ki, əsaslı şəkildə təmir olunmuş körpü Zaqatala şəhərində, Tala çayı üzərində yerləşir. Körpünün uzunluğu 132 metr təşkil edir, eni isə genişləndirilərək 9 metrdən 12 metrə çatdırılıb. Yol ötürücüsündə əlavə bərkitmə işləri aparılıb, yeni piyada səkiləri inşa olunub və məhəccərlər quraşdırılıb.
Təmiri yekunlaşmaq üzrə olan 12 metr uzunluğa malik körpü isə Balakən rayonu ərazisindən keçən Humbul çayı üzərində yerləşir. Analoji bərpa və genişləndirmə işləri burada da aparılır, körpünün eni 9 metrdən 11 metrə çatdırılıb. Sözügedən körpüdə işlər yekunlaşan kimi Mazımçay, Katexçay və Balakənçay üzərində yerləşən körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.
Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların artıq 54-nün təmir-tikintisi həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir.
Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq, həmçinin 70 avtobus dayanacağı quraşdırılacaq.
Məlumata əsasən, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100,7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, həmçinin əks istiqamətdə yük və sərnişindaşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına təkan verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Gəncə Dövlət Universitetində plan yerləri 94,9 faiz dolub
16.08.2018
Avqustun 17-də hava meteohəssas insanlar üçün əlverişli olacaq
16.08.2018
Muxtar respublikadakı təhsil müəssisələrinin 91 faizində istilik sistemi mövcuddur
15.08.2018
Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
15.08.2018
Masallıda məhsul yığımı ilə yanaşı sahələrdə yay şumu da aparılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9890

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info