Yaxın vaxtlarda ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılacaq
Tarix: 16.01.2018 | Saat: 12:31:00 | E-mail | Çapa göndər
İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən bildiriblər ki, şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasının təmini məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb. Fond ilə Dünya Bankı arasında imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində qabaqcıl beynəlxalq təcrübə araşdırılıb, Dünya Bankının mütəxəssislərinin iştirakı ilə zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb, eləcə də risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb.
İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2018
Qoşqar zirvəsinə yürüş keçiriləcək
23.02.2018
Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb
23.02.2018
2017-ci ildə ölkəyə daxil olan pul baratları 1,2 milyard dollar olub
22.02.2018
Azərbaycan multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrilib
22.02.2018
Misir Prezidenti: “Qahirə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8482

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
4 Qaradağlı faciəsindən 26 il ötür
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info