“ASAN xidmət” Monteneqro mətbuatında
Tarix: 16.01.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Suzana Pribiloviç: “Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik”

Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub.
Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.
Suzana Pribiloviç “ASAN xidmət” təcrübəsinə də toxunub:
“Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik. Orada olarkən BMT tərəfindən tanınan və mükafata layiq görülmüş model ilə şəxsən tanış olmaq şansım da oldu. Bu sistemin xüsusiyyəti vətəndaşın hər şeydən üstün olduğunu vurğulamasıdır ki, bu da bizim nail olmaq istədiyimiz bir məqamdır”.
Xatırladaq ki, 4 – 5 iyul 2017-ci il tarixində Monteneqronun Dövlət İdarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.
Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi olub.
Səfər çərçivəsində Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmətin fəaliyyəti ilə yaxından tanış olub.
4 dekabr 2017-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu imzalanıb.
Xəbərə keçid: https://www.cdm.me/politika/pribilovic-za-cdm-javna-uprava-je-prekobrojna-potrebna-optimizacija/
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“İctimai maraqlar müxalifət rəhbərlərini maraqlandırmır”
16.10.2018
“Azərbaycan sabit və təhlükəsiz ölkə kimi tanınıb”
16.10.2018
İlham Əliyevin şəxsində Azərbaycan dünya birliyinin böyük etimadını və hörmətini qazanıb
15.10.2018
Azərbaycanın indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin nəticəsidir
14.10.2018
Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha firavan gələcəyə aparır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info