Ötən il Azərbaycana 2,7 milyon turist gəlib
Tarix: 16.01.2018 | Saat: 13:16:00 | E-mail | Çapa göndər


Xaçmazda turizm və otelçilik sahəsindəki yeniliklər, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nabranda təşkil olunan “Turizm dostları bir arada” adlı tədbirdə son illər ölkəmizə rekord sayda xarici turistin gəldiyi qeyd olunub. Bildirilib ki, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım qeydə alınıb. Ötən il ölkəyə gələn turistlərin sayı 2,7 milyon nəfər təşkil edib. Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan vətəndaşlar qonaq gəlib. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkə turizminin növbəti inkişaf mərhələsini yaşadığını qeyd edib. Bu mərhələdə daha çox qonaqların cəlb olunması üçün yeni turizm marşrutlarının açılması, xidmət sektorunun gücləndirilməsi, kadrların düzgün seçilməsi, uyğun qiymət siyasətinin yürüdülməsi vacibdir.
Bildirilib ki, bundan sonra da əcnəbi turistlərin Azərbaycana cəlb edilməsi üçün müvafiq işlər görülməli, turizm sektorunda müxtəlif sahələrdə çalışanlar arasında qarşılıqlı əlaqələr inkişaf etdirilməlidir.
Tədbirdə turizm mütəxəssisləri, konsaltinq şirkətlərinin nümayəndələri, sahibkarlar və xidmət sektoru üzrə ekspertlər fikir mübadiləsi aparıb, bu kimi maarifləndirici görüşlərin mütəmadi təşkilinə ehtiyac olduğunu vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Əcnəbilərin inzibati qanunvericiliyi pozmaları ilə əlaqədar 2128 qərar qəbul edilib
14.08.2018
5 yaşayış məntəqəsini birləşdirən yol istifadəyə veriləcək
14.08.2018
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq
14.08.2018
AQTA əhaliyə müraciət etdi:qurban kəsmək istəyənlər...
14.08.2018
Azərbaycana gələn turistlərin statistikası

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9857

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info