Zökəmi düzgün müalicə edilməlidir
Tarix: 16.01.2018 | Saat: 13:20:00 | E-mail | Çapa göndər
Soyuqdəyməni ilk simptomlarından biri olan zökəm adətən ciddi pozulma kimi qəbul edilmir.
Lakin "adi" zökəm asanlıqla haymoritə (həkimlər daha tez-tez "sinusit" termini işlədirlər) keçə bilər. Haymorit isə çox ağır xəstəlikdir. Haymorit çətinliklə müalicə olunur, müalicə zamanı antiotiklərdən, bəzi hallarda cərrahi müalicəsindən istifadə olunur (irinlə dolu olan boşluq deşilir, irin xaric edilir) və s. Haymoritin əsas təhlükəsi ondan ibarətdir ki, irinli ocaq beyinə çox yaxın yerləşir.
Milli.Az bildirir ki, zökəm başladıqda burunda seliyin ifrazı xeyli artır. Bu normaldır və bu orqanizmin müdafiə reaksiyasıdır. Seliklə birlikdə orqanizmdən viruslar, mikroblar, onların toksinləri ifraz olunur. Lakin bunun üçün burunda olan selik daim buradan xaric olunmalıdır. Əks halda burunda durğunluq yaranacaq, selik sinuslarda (boşluqlarda) yığılacaq və mikrobların sayının burada sürətlə artmasına səbəb olacaq. Bu isə haymoritin başlanğıcıdr.
Əgər zökəm 1 həftədən artıq davam edirsə, burundan ifraz olunan selik bulanıq, sarı-yaşıl rəng alıbsa, mütləq LOR həkiminə müraciət edin. Bu artıq zökəmin deyil, haymoritin simptomlarıdır.
Haymoritin xarakterik simptomu alın nahiyəsində, almacıq sümüyündə küt ağrıların olmasıdır. İnsan burnunu boşaldanda ağrı bir qədər azalır, sonra isə yenidən əmələ gəlir.
Zökəm zamanı həkimlər damar daraldıcı damcılardan (burun damcıları) istifadə etmək tövsiyə etmirlər. Bu damcılar müalicə etmir, yalnız müvəqqəti effekt verir. Damcılar burunun selikli qişasında yerləşən və buradan seliyi ifraz etməyə kömək edən kiçik tükcüklərin fəaliyyətini pozur. Nəticədə selik burundan normal çıxa bilmir.
Həkimlər zökəm zamanı burunu tez-tez selikdən təmizləməyi, qızdırıcı proseduraları tətbiq etməyi tövsiyə edirlər. Bu çox asandır. 2 dənə yumurta bişirin və isti halda burunun hər iki tərəfinə qoyub saxlayın. Bunun nəticəsində seliyin ifrazı asanlaşacaq.
Digər üsul - adi duz tavada yaxşı qızdırılır, kiçik pambıq torbalara tökülür və burun nahiyəsinə qoyulur.
Kamfora yağı çox yaxşı və sınanmış vasitədir. Pambığı kamfora yağında isladın və onun buxarından nəfəs alın.
Xüsusi dəniz suyu əsasında olan burun damcılarından istifadə edə bilərsiniz.
Zökəm zamanı isti ayaq vannaları, inhalyasiyalar da çox yaxşı effekt verir.
Mayenin qəbulunu mütləq artırmaq lazımdır (ot dəmləmələri, çay limonla, zəncəfil çayı, meyvə qurularının dəmləmələri və s.). Bu burun selikli qişalarının normal fəaliyyətini təmin edir, oranizmdən toksinlərin ifrazını sürətləndirir, sağalmanı tezləşdirir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
Qeyri-adi pilotsuz uçan aparat yaradılıb
21.02.2018
On min il işləyəcək saatın inşasına başlanılıb
21.02.2018
Kənd sakini tutduğu yenotu Hirkan Milli Parkına təhvil verib
20.02.2018
Yeni “Samsung” dronu gözlə idarə ediləcək
20.02.2018
Nanə qızdırmanı salır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info