Andrea Soner: “Dinlərarası dialoqun inkişaf etdirilməsi Azərbaycanda prioritet istiqamətdir”
Tarix: 16.01.2018 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ilə görüşüb.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qonağa ölkəmizdəki nümunəvi tolerantlıq mühiti, ayrı-ayrı dini konfessiya nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, dövlətin dinə qayğısı barədə danışıb. 28-i qeyri-müsəlman olmaqla 793 dini icmanın dövlət qeydiyyatından keçdiyini, dini icmalara cənab Prezidentimiz tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığını diqqətə çatdırıb.
Ölkəmizdə tolerant, multikultural mühitin hökm sürdüyünü deyən  Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner dinlərarası dialoqun inkişaf etdirilməsinin ölkəmizdə prioritet istiqamət olduğunu dilə gətirib. Kanada da olduğu kimi Azərbaycanda da  tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini bildirib.
Görüşdə iki ölkə arasında dini sahədə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib, eyni zamanda, ölkəmizin nümunəvi dövlət-din modeli, dini radikalizmə qarşı mübarizəyə dair təcrübəsi barədə danışıqlar aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş məktəbin açılışı olub
19.10.2018
Aİİ 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd edib
19.10.2018
Mübariz Qurbanlı Göyçayda vətəndaşları qəbul edəcək
19.10.2018
“Hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur”
19.10.2018
Azərbaycanda yetişdirilən “Apollo“, “Mexo“, “Okeana“nın yerli düyülərdən fərqi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10272

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info