Nəsimi rayonunda şəhidlərin xatirə guşəsi açılıb
Tarix: 16.01.2018 | Saat: 17:48:00 | E-mail | Çapa göndər
Yanvarın 16-da Nəsimi rayonunda 20 Yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun yaşadıqları binanın həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılışda şəhid Namiq Əliyevin təhsil aldığı 9 saylı tam orta məktəbin müəllim və şagirdləri, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, “20 Yanvar” Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və üzvləri iştirak ediblər.
Mərasimdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirib ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix dünyanın hər yerində Azərbaycan xalqının azadlığı və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edilib.
SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxararaq, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib. Gülarə Verdiyeva dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələrinə Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından danışaraq şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə dövlətimiz tərəfindən əməli tədbirlərin görüldüyünü, bununla bağlı onlarla fərman və sərəncamın imzalandığını diqqətə çatdırıb.
Açılış mərasimində iştirak edənlər ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini, sosial problemlərinin həllində dövlət dəstəyi ilə əhatə olunduqlarını söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Azərbaycanlı müəllimlərə Kembric Universitetinin sertifikatları verilib
21.05.2018
Sumqayıtda Gənclər Klubu yaradılıb
21.05.2018
Müəllimlər sertifikasiyaya cəlb olunacaqlar
21.05.2018
“ASAN Xidmət” əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatına başlayıb
21.05.2018
“Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info