“Geosiyasi ayrılıq”: Bundesbank dollardan imtina edib, yuanı seçir
Tarix: 16.01.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Amerika media orqanlarının yuana qarşı informasiya hücumu etdiyi bir vaxtda Bundesbank rəhbərindən açıqlama:
“Almaniya valyuta ehtiyatları səbətinə yuanı da daxil edir”

“Berlinin “uzunmüddəli strategiya” açıqlamasının arxasında çox məqamlar dayanır. Bu, gələcəkdə ABŞ dollarının rolunun azaldılması deməkdir. Dollara dünyada tələbatın azalması və digər mərkəzi bankların Almaniyadan nümunə götürməsi, nəhəng büdcə kəsiri olan ABŞ üçün xoş heç nə vəd etmir. Trampın vergi islahatından sonra kəsirin minimum trilyon dollar artacağı gözlənilir. Kəsiri doldurmaq üçün ən asan yol çap maşınıdır- dayanmadan dollar kəsirlər. Bunu ona görə rahatlıqla edirlər ki, ABŞ-dan kənarda dollara çox böyük tələbat var. Əgər həmin tələbat azalarsa, onda ABŞ Zimbabve kimi hiperinflyasiyaya getməlidir”
Almaniya ilə ABŞ-ın “geosiyasi ayrılığı” istiqamətində daha bir addım atılıb. Bundesbank heç bir xəbərdarlıq etmədən elan edib ki, Çin milli pul vahidi olan yuan Almaniyanın valyuta ehtiyatları sırasına daxil edilib. Ən əsas məqam - yuanın ehtiyat sırasına daxil edilməsi ABŞ dollarının valyuta ehtiyatındakı payının azaldılması hesabına təmin ediləcək. Bundesbankın bu qərarının arxasında siyasi məqamlar dayanır. Bu gün Avropanın siyasi-iqtisadi elitası böyük maraqla ABŞ dövlət başçısı Donald Trampla Almaniya kansleri Angela Merkel arasında Davos İqtisadi Forumunda olacaq diplomatik savaşı gözləyir. Bundesbankın bu qərardan bir müddət əvvəl Almaniyanın Amerika maliyyə qurumlarında olan qızıl ehtiyatlarını sürətləndirilmiş rejimdə repatriasiya (ölkəyə qaytarması- red.) etməsi göstərir ki, Berlin və onun arxasındakı Avropa ABŞ-dan uzaqlaşır.

Şanxay birjasında neft ticarətini dollarla deyil, yuanla etmək istəyinə qarşı sabotaj
Bundesbank formal olaraq müstəqil təşkilat sayılır. Amma onun Berlin hakimiyyəti ilə sıx əlaqəsi kimsədə şübhə doğurmur. Bu məsələyə xüsusi əhəmiyyət verən başqa fakt isə odur ki, Bundesbank yazılmamış qanununu ilk dəfə pozub- ehtiyatlardakı dəyişikliklə bağlı xəbəri öncədən elan edib. İndiyə qədər bank heç vaxt dəyişikliklə bağlı əvvəlcədən məlumat verməyib - məlumat dəyişiklikdən sonra elan olunub. Amma ilk dəfə bank elan edib ki, doların azaldılması hesabına yuan əlavə ediləcək. Ekspertlər hesab edirlər ki, Berlinin bu gedişini daha geniş çərçivədə dünya valyuta sistemində yavaş-yavaş islahat aparılması kimi qəbul etmək olar. Təxminən iki həftə əvvəl ABŞ və Yaponiya KİV-i yuana qarşı kütləvi informasiya hücumu təşkil etdi. Geniş şəkildə tirajlanan xəbərlərdə, analitik yazılarda Çin milli valyutasının beynəlxalq pul vahidinə çevrilmə cəhdinin uğursuz olduğu qeyd edilirdi.

Yoahim Vyurmelinq:
“Yuanla bağlı qərar uzunmüddətli strategiyadır və Çin valyutasının dünya maliyyə sistemində artan rolunu əks etdirir”


Baxmayaraq ki, Beynəlxalq Valyuta Fondu da yuanı valyuta səbətinə daxil edib. KİV-lər yazırdılar ki, BVF-nin valyuta səbətinin 41.7 faizini ABŞ dolları təşkil edir, dünya mərkəzi banklarının qızıl-valyuta ehtiyatlarında dolların payı 63,5 faizdir. Yapon və Amerika media orqanlarının informasiya hücumu kampaniyasında məqsəd Pekinin Şanxay birjasında neft ticarətini dollarla deyil, yuanla etmək istəyini sabotaj etmək idi. KİV-lərin mesajı açıq idi - yuanın neft alverində istifadə edilməsinə imkan verməmək! Amma Bundesbank amerikalıların bu əyləncəsini pozdu. Yaponiya və ABŞ dairələri yuanı çökdürdüklərini bayram etdikləri bir vaxtda Bundesbankın direktorlar şurasının rəhbəri Andreas Dombret Honqkonqda elan etdi ki, valyuta ehtiyatlarına yuanı daxil edirlər. Direktorlar Şurasının üzvü Yoahim Vyurmelinq isə “Röyters”ə gözlənilməz qərarı belə əsaslandırıb: “Yuanla bağlı qərar uzunmüddətli strategiyadır və Çin valyutasının dünya maliyyə sistemində artan rolunu əks etdirir”. Berlinin bu qərarı Vaşinqtonda xoş qarşılanmayıb. Berlinin “uzunmüddəli strategiya” açıqlamasının arxasında çox məqamlar dayanır. Bu, gələcəkdə ABŞ dollarının rolunun azaldılması deməkdir. Dollara dünyada tələbatın azalması və digər mərkəzi bankların Almaniyadan nümunə götürməsi, nəhəng büdcə kəsiri olan ABŞ üçün xoş heç nə vəd etmir. Trampın vergi islahatından sonra kəsirin minimum trilyon dollar artacağı gözlənilir. Kəsiri doldurmaq üçün ən asan yol çap maşınıdır- dayanmadan dollar kəsirlər. Bunu ona görə rahatlıqla edirlər ki, ABŞ-dan kənarda dollara çox böyük tələbat var. Əgər həmin tələbat azalarsa, onda ABŞ Zimbabve kimi hiperinflyasiyaya getməlidir. Bax buna görə Almaniya bankının qərarı ABŞ üçün maliyyə sabitliyinə təhdid sayılır.

Xırda zərbələrlə dollara olan tələbi azaltmaq və ondan istifadə arealını zəiflətmək taktikası seçilib
Ekspertlər hesab edirlər ki, Almaniya və Avropa Mərkəzi Bankının dolları azaldaraq yuanı artırması və digər tədbirləri ABŞ dollarını zəiflətməyəcək. Çox güclü mövqeyə sahib olan dünya dollar sistemini sarsıtmaq, ləğv etmək, hələ ki, mümkün deyil. Bu heç indi Avropaya lazım da deyil. ABŞ-dan “geosiyasi ayrılıq” prosesi yaşayanların məqsədi xırda zərbələrlə hər dəfə dolları bir qədər də zəiflətmək, onun təsir dairəsini daraltmaqdır. Yüzlərlə, minlərdə xırda addım və zərbələrlə dollara olan tələbi azaltmaq və ondan istifadə arealını zəiflətmək taktikası seçilib. Nə qədər ki, dollar əsas valyutadır, onu məhv etmək istəyənlər də bundan maksimum şəkildə yararlanmaqda davam edəcəklər. Çinin bu yaxınlarda dollarla dövlət istiqrazı buraxması da bunu təsdiqləyir. Gələcəkdə Dünya Bankına alternativ üçün yaradılan Çin layihəsi - Asiya İnfrastruktur İnvestisiya Bankı da BRİKS ölkələri və Asiyadakı layihələri maliyyələşdirmək üçün dollar istiqrazları buraxmağa hazırlaşır. Ötən il Çin şirkətlərinin Nyu-York birjasında səhmlərini dollarla satmasında rekord qeydə alınıb. Deməli, Çin alternativ struktur tam formalaşana kimi dollar sistemindən faydalanmaqda davam edəcək. Bundesbankın demarşı isə Avropa ilə ABŞ arasında siyasi konfliktin nəticəsi kimi qəbul edilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
06.08.2018
Vaaqn Xaçatryan: “Heç bir ölkə Ermənistana kredit vermək niyyətində deyil”
04.08.2018
Ermənistanda pensiyaların artımı gözlənilmir
30.07.2018
“Standard & Poor’s“: “Azərbaycan iqtisadiyyatı 2021-ci ilə qədər 3 faiz artacaq”
24.07.2018
“Azərbaycandan Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram”
24.07.2018
“Irates“: “Ermənistan rəsmilərini ABŞ və Kanadada ən aşağı səviyyədə qarşılayıblar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9873

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info