Mərkəzi Elmi Kitabxananın fonduna AXC-nin yüz illiyinə həsr edilmiş nəşr daxil olub
Tarix: 16.01.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabı daxil olub. MEK-dən bildirilib ki, kitabın ideyasının və “Ön söz”ünün müəllifi, nəşrin elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Prezident İlham Əliyevin AXC-nin 100 illiyi ilə bağlı Sərəncamına əsasən cümhuriyyətin yubileyinə töhfə olaraq hazırlanıb. “Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İran ilə AXC arasındakı siyasi əlaqələrə dair mühüm tarixi mənbələrdən biridir. Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər əksini tapıb. Ümumilikdə 98 sənədin cəmləşdiyi toplu yalnız ADR-İran münasibətlərinin deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da ciddi əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması və geniş ictimaiyyətdən gizli saxlanılması səbəbindən tədqiqatçıların onlarla tanışlığı ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmağa imkan verəcək, həmçinin artıq oturuşmuş sayılan bəzi yanaşmaları yenidən, fərqli bucaq altında nəzərdən keçirməyə sövq edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Muxtar respublikadakı təhsil müəssisələrinin 91 faizində istilik sistemi mövcuddur
15.08.2018
Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
15.08.2018
Masallıda məhsul yığımı ilə yanaşı sahələrdə yay şumu da aparılır
14.08.2018
İsmayıllıda 61 ton bal istehsal edilib
14.08.2018
Şimal bölgəsində 21 məktəb üçün modul tipli bina quraşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9873

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info