Bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
Tarix: 16.01.2018 | Saat: 22:39:00 | E-mail | Çapa göndər
Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar, professor Elnarə Dadaşovanın 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
E.Dadaşovanın şagirdi, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq namizədi Jalə Qulamova tanınmış bəstəkarın həyat və yaradıcılığından söz açıb. O, Elnarə Dadaşovanın Azərbaycan musiqi sənətinin inkişafına böyük töhfə verdiyini, bir sıra əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb. “Yubilyar, həmçinin bir çox istedadlı musiqiçilər nəsli yetişdirən gözəl pedaqoqdur. E.Dadaşova musiqişünaslıq üzrə bir çox dərsliyin müəllifi kimi bu sahədə böyük uğur qazanıb”, - deyə J.Qulamova qeyd edib.
Elnarə Dadaşova tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, “Mədəniyyət” televiziya kanalına, Bəstəkarlar İttifaqına və filarmoniya rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, hələ erkən yaşlardan həyatını musiqiyə həsr etməyi və yaradıcılıqla məşğul olmağı arzulayıb. Bu arzu onun bir bəstəkar kimi formalaşmasına böyük təsiri olmuş müəllimi Qara Qarayevin sayəsində həyata keçib.
Sonra J.Qulamova Azərbaycan Bəstəkarlar İttifaqının təbrik məktubunu E.Dadaşovaya təqdim edib.
Yaradıcılıq gecəsi Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicat və digərlərinin ifaları ilə davam edib. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına Xor Kapellası müşayiət edib(AZƏRTAC).




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
Oqtay Mirqasımov ustad dərsləri keçəcək
21.02.2018
Elza İbrahimovanın xatirəsi anılıb
21.02.2018
Qusarda “Xəcalət” tamaşası təqdim ediləcək
21.02.2018
“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub
21.02.2018
“Qadınlar yaradır...” layihəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info