Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini təqdim edib
Tarix: 17.01.2018 | Saat: 09:21:00 | E-mail | Çapa göndər
Azərbaycanın Tacikistanda yeni təyin olunmuş səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Siracəddin Aslova təqdim edib.
Azərbaycanın Tacikistandakı səfirliyindən verilən xəbərə görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı H. Məmmədzadə iki ölkə prezidentləri arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri sayəsində mövcud olan yüksək səviyyəli siyasi əlaqələrlə yanaşı ölkələrimiz arasında iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində də mövcud olan əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində fəaliyyət göstərilməsinin ona tapşırıldığını qeyd edib və bu istiqamətdə bütün imkan və bacarığını sərf edəcəyini bildirib.
S. Aslov isə səfirin etimadnaməsini qəbul edərək Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu, iqtisadi, turizm, elm və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin səviyyəsinin artırılması üçün hər iki ölkənin geniş imkanlarının mövcudluğunu qeyd edərək səfir qarşısında mühüm vəzifələr durduğunu bildirib, Azərbaycanın yeni səfirinə gələcək fəaliyyətində uğurlar diləyib(APA).




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Elman İmaməliyev Rusiyada prezident seçkilərini müşahidə edəcək
19.02.2018
Azərbaycanın təşəbbüsü ilə daha bir regional format yaranır
17.02.2018
“İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb“
17.02.2018
Qaradağlı faciəsindən 26 il ötür
16.02.2018
XİN Zaxarovanın fikirlərinə münasibət bildirib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info