Qazaxıstan Azərbaycana 20 milyon dollar məbləğində investisiya yatırıb
Tarix: 17.01.2018 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
AZƏRTAC "KAZİNFORM"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov deyib.
Qazaxıstan Parlamenti "Qazaxıstan və Azərbaycan arasında vergi sahəsində əməkdaşlığın genişlənməsi haqqında" qanun layihəsini təsdiqləyib. Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, ikiqat vergitutmanın ləğvini nəzərdə tutan sənəd, ilk növbədə, iki ölkə arasında vergi xidmətlərinin informasiya mübadiləsini genişləndirmək yolu ilə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verəcək. Həmçinin vergi öhdəliyindən yayınma və konvensiyanın müddəalarının sui-istifadəsi halları aşkar edildikdə qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Nazir deyib ki, bu sənəd iki dövlət arasında vergitutma məsələlərində qanunverici baza olacaq.
"Azərbaycan ilə qarşılıqlı ticarət haqqında statistik məlumatların üzərində dayanmaq məqsədəuyğundur. Belə ki, son 10 ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 2,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları, Qazaxıstan Azərbaycana 20 milyon dollar məbləğində investisiya yatırıb. Qazaxıstanın əsas ixracı taxıl, xam neft məhsulları, dəmir borulardır. İdxalın strukturunda isə şəkər və fındıq üstünlük təşkil edir", - deyə qazaxıstanlı nazir qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
27.10.2020
İşçilərin icbarı tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi
27.10.2020
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir
26.10.2020
“S&P“ Azərbaycan iqtisadiyyatının gələn il 2,9 faiz artacağını gözləyir
26.10.2020
“4S” şirkətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 AZN köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
3 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
4 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
5 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info