Azərbaycanda tərəvəz və kartof toxumçuluğu yenidən qurulur
Tarix: 17.01.2018 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Azərbaycanda tərəvəz və kartof toxumçuluğu işi İsrail dövlətinin “Breedit” şirkətinin mütəxəssislərinin layihəsi əsasında yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, tərəvəz və kartof toxumçuluğu işinin fundamental əsaslarla dünya standartlarının tələblərinə uyğun qurulması üçün Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda (TEİT) toxumçuluq və biotexnologiya istiqamətində işlərə başlanılıb. Bu məqsədlə mövcud laboratoriyalar Avropa və Amerika şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla komplektləşdirilir.
Hazırda “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6,14 hektar ərazidə müasir istixana və 30 hektar açıq sahədə tərəvəz toxumçuluğunun beynəlxalq tələblərə uyğun təşkili üçün iş aparılır. Burada yerləşdiriləcək tərəvəzlərdən yüksəkkeyfiyyətli toxum almaq məqsədilə iki emal sexi tikilib və yaxın vaxtlarda istifadəyə veriləcək. Toxumlar emal prosesindən keçdikdən sonra qablaşdırılacaq, qabların üzərində “Made in Azerbaijan” sözü yazılacaq. Seleksiya və toxumçuluq laboratoriyasının əməkdaşları istehsal və emal proseslərində yaxından iştirak edəcəklər. Toxumçuluqla bağlı bir sıra təlim kurslarının və treninqlərin keçirilməsi də nəzərdə tutulub.
Ölkənin ilkin mərhələdə kartof toxumuna tələbatının 50 faizinin ödənilməsi və idxaldan asılılığın azaldılması üçün beynəlxalq layihə çərçivəsində yaradılmış “Azərbaycanda tərəvəz və kartof bitkiləri üzrə toxumçuluq müəssisəsi”ndə bu işlərin gedişi diqqət mərkəzində saxlanılır.
Müəssisənin yaradılmasından məqsəd daxili bazarda güclü tələbat duyulan, o cümlədən ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan tərəvəz bitkiləri üzrə yüksək məhsuldar toxumlar əldə etmək, ölkəmizin müxtəlif zona və iqlimlərinə uyğun bitkilərin seleksiyasını həyata keçirmək, ilboyu istixanalarda və mövsümi olaraq açıq sahələrdə seleksiya aparmaq, yerli fermerləri sərfəli qiymətə keyfiyyətli toxumlarla təmin etməkdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Türkiyə mediası: “Star” neft emalı zavodu xaricdən asılılığı aradan qaldıracaq
17.10.2018
“APM Terminals” şirkəti “Petlim” konteyner limanını SOCAR-a təhvil verib
17.10.2018
Çində keçirilən Sammitdə Bakı Limanı barədə məlumat verilib
17.10.2018
Ölkəmizdə ilk dəfə Ucarda “Mozzarella“ pendirinin istehsalına başlanılacaq
17.10.2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info