Görkəmli Azərbaycan şairinin əsərləri nəşr olunub
Tarix: 17.01.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə XIX-XX əsrdə yazıb-yaratmış görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin əsərləri çap olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab Bakı şairlərinin bir araya gəldiyii məşhur “Məcməüş-şüəra” məclisinin ən fəal üzvlərindən olan M.A.Münirinin 155 illik yubileyinə həsr edilib. Xatırladaq ki, M.A.Münirinin “Bahar ağlayışı” adlı yeganə şeirlər kitabı 1926-cı ildə işıq üzü görüb. Lakin şairin yeni kitabına Məhəmməd Səid Ordubadinin arxivində saxlanılan 15 beytlik “Ədibimiz Məhəmməd Səid Ordubadiyə təbrik” məsnəvisi daxil edilib və “Bahar ağlayışıi” kitabında yol verilmiş bir çox xətalar aradan qalıdırılıb. Kitab qəzəllər, müxtəlif şeirlər, rübailər, mənzum məktublar və məqalələr bölmələrindən ibarətdir.
M.A.Münirinin “Əsərlər”i adlı bu kitaba Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İrs” Komissiyasının sədri Sona Xəyal geniş “Ön söz” yazıb. “Ön söz”də kitab üzərində iş prosesindən, M.A.Münirinin həyat və fəaliyyətindən, övladlarından bəhs edilir. Kitabın redaktorları Rauf Şeyxzamanlı və Seyyid Məcid Əsri, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və Qutiyera Cəfərovadır.
Kitab “Ecoprint” nəşriyyatında işıq üzü görüb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 27 illiyi qeyd edilib
16.10.2018
Leonid Ptaşka və Həsən Bağırov Muğam Mərkəzində birgə konsert veriblər
15.10.2018
“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurları ilə görüş
15.10.2018
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
15.10.2018
Şəki teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info