Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası gücləndirilir
Tarix: 17.01.2018 | Saat: 13:30:00 | E-mail | Çapa göndər
Naxçıvan Dövlət Universitetində (NDU) Təbiətşünaslıq və kənd təsərrüfatı, İncəsənət fakültələri üçün yeni avadanlıqlar təqdim olunub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək ali təhsil ocağında müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin muxtar respublikada təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsi olduğunu vurğulayıb.
Coğrafiya kafedrasının müdiri, dosent Əli Həsənov bildirib ki, göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün fakültə və ixtisaslar ayrı-ayrılıqda ən müasir avadanlıqlarla təchiz olunur. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələri də bu qayğıdan bəhrələnib.
Kafedra müdiri ayrı-ayrı ixtisaslar üçün nəzərdə tutulan 25 min manat məbləğində yeni alınmış avadanlıqlar haqqında ətraflı məlumat verib. Bildirib ki, küləyin sürətini, istiqamətini, temperaturu, yağıntının miqdarını təyin etmək üçün istifadə olunan meteo-budka, Günəş, Yer, Ay sistemini əks etdirən telluri, su hövzələrinin şəffaflığının müəyyən edilməsində əvəzsiz rol oynayan sekka diski, vulkan kəsiyinin modeli, Geodeziya və xəritəçəkmə ixtisası tələbələri üçün nəzərdə tutulan topoqrafik dəst, xəritədə, planda, xüsusilə əyri xətlərin ölçülməsində istifadə olunan kuvrimetr, küləyin istiqamətini, gücünü müəyyən etmək üçün açılan-yığılan flüger, barometr-aneroidin iki növü, dünyanın kiçikmiqyaslı siyasi və böyükmiqyaslı fiziki xəritələri fakültəyə təqdim olunub.
İncəsənət fakültəsi üçün isə bir cüt aktiv və passiv səsucaldan, bir səstənzimləyən aparat, 20 simli, 2 kabelsiz mikrofon, 20 not pultu və bir sıra avadanlıqlar alınıb. Qeyd edək ki, İncəsənət fakültəsinə təqdim edilən avadanlıqların dəyəri 15 min 600 manatdır.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
23.02.2018
Ötən ay Naxçıvana 17 min 115 turist gəlib
22.02.2018
Azad iqtisadi zonanın fəaliyyəti qanunla tənzimlənəcək
22.02.2018
Xaçmazda cins heyvanların sayı 800 başa çatdırılıb
22.02.2018
Naxçıvanda ÜDM-də artım qeydə alınıb
22.02.2018
Samuxda 7 min 608 ton günəbaxan yığılıb

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8482

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
4 Qaradağlı faciəsindən 26 il ötür
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info