BANM Ernst&Youngla əməkdaşlığa başlayır
Tarix: 17.01.2018 | Saat: 13:31:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Ernst&Young” (EY) şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və şirkətin İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcova ilə görüşüb.
Görüş zamanı rektor qonaqları ali məktəbdə görməyə şad olduğunu bildirərək, BANM-ın fəaliyyəti, strukturu, əldə etdiyi nailiyyətlər və yaxın gələcəyə olan planları haqqında məlumat verib. Rektor Günel Fərəcovanın BANM tələbələrinə keçirdiyi “İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf” üzrə seminarın tələbələr arasında böyük maraqla qarşılandığını bildirərək, EY tərəfindən bu və oxşar tipli seminarların təşkil olunmasını böyük qiymətləndirib və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini istəyib.
İlqar Vəliyev EY şirkətinə olan diqqət və marağa görə Elmar Qasımova təşəkkür edib, daha sonra EY-ın fəaliyyət istiqamətləri, xüsusilə konsaltinq xidməti haqqında geniş məlumat verib. Şirkətin İdarəedici Partnyoru qeyd edib ki, bu istiqamət üzrə fəaliyyətdə EY həm ali məktəbdə səmərəliliyin artırılması üzrə məsləhətlər verə bilər, həmçinin BANM-ın gələcək mühəndis məzunlarını EY şirkətinə işə cəlb etməkdə maraqlı ola bilər.
Görüş zamanı EY tərəfindən BANM üçün davamlılıq və dayanıqlılıq hesabatının hazırlanması, BANM tələbələrinin menecer bacarıqlarının inkişaf etdirilməsi üçün EY şirkətinə təcrübəsinin təşkil olunması, EY tərəfindən karyera və dayanıqlı inkişaf mövzularında təlimlərin keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər görüşün sonunda bir neçə fəaliyyət istiqaməti üzrə qarşılıqlı razılığa gəliblər.
Qeyd edək ki, EY Azərbaycanda 1994-cü ildən bəri fəaliyyət göstərən ilk beynəlxalq audit şirkətidir. EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün EY Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderdir. Geniş bilik və təcrübə sayəsində həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edir.
Hazırda Bakı ofisində Azərbaycandakı müştərilərə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Azərbaycanın nümayəndə heyəti Türkiyənin gənclər sahəsindəki təcrübəsi ilə tanış olub
13.08.2018
DTX “Reket jurnalistləri” saxladı
13.08.2018
5 ayda 6177 boşanma halları qeydə alınıb
13.08.2018
İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib
11.08.2018
Naxçıvan Daxili İşlər Nazirliyində müşavirə keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9857

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info