Ermənistanda gənclərin orduya yola salınması matəm mərasimini xatırladır
Tarix: 17.01.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Bu günlərdə Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə foto yayılıb. Fotonun altında “Ananın oğlunu hərbi xidmətə yola salmasının təsirli səhnəsi” sözləri yazılıb. Fotoda ana hərbi xidmətə yola saldığı oğlunu qucaqlayaraq ağlayır. Ananın ağlamağını başa düşmək olar. Ana ürəyi olduqca həssasdır. Lakin oğulun ağlamağı bir az anlaşılmazlıq yaradır.
Azərbaycanda musiqi sədaları altında şənliklə və gülümsəyərək ordu sıralarına yola salınan səhnələrdən fərqli olaraq, Ermənistanda orduya yola salmanın faciə səhnəsini xatırlatması təsadüfi deyil. Ermənistanda həm hərbi xidmətə yola salınan, həm də onu yola salanlar başa düşürlər ki, ordu sıralarından sağ-salamat qayıtmaq çətin məsələdir.
Bəzi saytların yazdığına görə, ola bilsin erməni əsgəri döyüş şəraitində özünün qabiliyyətini nümayiş etdirib sağ qalsın. Lakin komandiri tərəfindən döyülərək öldürülməyəcəyinə heç kəs zəmanət verə bilməz. Yəni, fotonun şərhi belədir: hər kəs başa düşür ki, bu vidalaşma son vidalaşa ola bilər. Əsgərin evinə sağ-salamat qayıtması şansına bağlıdır.
Belə fotonun saytlar və sosial şəbəkələrdə yayılmasının səbəbi Ermənistan ordusundakı acınacaqlı vəziyyətdir. Orduda rüşvət və korrupsiyanın tüğyan etməsi ilə yanaşı, erməni əsgərləri hələ də nəyin uğrunda döyüşdüklərini başa düşmürlər.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info