Heydər Əliyev adına NEZ-də 14 müasir texnoloji qurğu inşa ediləcək
Tarix: 17.01.2018 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Yaxın gələcəkdə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 14 müasir texnoloji qurğu inşa olunacaq.
Zavoddan AZƏRTAC-a bildirilib ki, Azərbaycan iqtisadiyyatının prioritet sahəsi sayılan neft sənayesinin sürətli inkişafı emal kompleksinin, o cümlədən Heydər Əliyev adına NEZ-in yenidən qurulması və modernləşdirilməsi üçün geniş imkanlar yaradıb. Belə ki, yaxın gələcəkdə müəssisədə yenidənqurma, modernləşmə işləri aparmaqla, irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcək. Qeyd olunan tədbirlərdən biri, keçmiş “Azərneftyağ” NEZ-in strukturunda olan məhsuldarlığı 250 min ton/il olan bitumun alınması qurğusunun demontajı və Heydər Əliyev adına NEZ-də ölkədaxili tələbata uyğun məhsuldarlığı 400 min ton/il olan Yeni bitumun alınması qurğusunun inşasıdır. Qurğunun inşası davam etdirilir və cari ildə istismara verilməsi nəzərdə tutulur. Yeni qurğuda tikinti-quraşdırma işlərini “Azfen” şirkəti həyata keçirir.
Ötən il istismara verilən müasir Susoyutma qurğusu (Qradirni) da zavodun yenidən qurulması istiqamətində uğurlu işlərdən sayılır. Qradirni qurğusunun soyudulmuş suya görə məhsuldarlığı 7000 kubmetr/saatdır. Zavodda modernləşmə və yenidənqurma ilə əlaqədar olaraq bu layihəyə baxılıb, bu qurğuya əlavə blok quraşdırmaqla, gələcəkdə tikiləcək yeni qurğuların qoşulması nəzərə alınıb.
Yeni susoyutma qurğusunun işə salınmasından sonra “Ekol MX” QSC-yə daxil olan su 4 dəfəyədək azaldılıb. Bioloji təmizləmə qurğusu da daxil olan suyun miqdarı azaldığından bioloji prosesin keyfiyyəti də artıb. Qradirni zavodun texnoloji qurğu və sahələrini soyudulmuş su ilə qapalı sistemdə təmin edir. Bu da həm su itkisinin, həm də suyun çirklənməsinin qarşısını alır.
Bu qurğu, eyni zamanda, zavodda həyata keçirilməsi planlaşdırılan 21 nömrəli ED-AV-6 qurğusunun ildə 7,5 milyon, 55 nömrəli katalitik krekinq qurğusunun 2,5 milyon ton məhsuldarlığa rekonstruksiyasi və tikiləcək yeni qurğular nəzərə alınaraq inşa edilib. Yeni qurğu qapalı sistemdir. Onun istismara verilməsindən sonra bioloji təmizləmə qurğularından zavoda verilən və dövretdirilən suyun 10 dəfədən çox azalması nəticəsində bioloji təmizləmə qurğularının izafi yüklənməsinin qarşısı alınacaq ki, bu da ekoloji mühitin yaxşılaşmasına mühüm töhfə verəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
20.10.2020
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
20.10.2020
“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması məsələlərinə baxılır - Nazir
20.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır
20.10.2020
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları Azərbaycana illik 368 milyon kVt/saat enerji istehsalına imkan yaradacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info