Ramiz Quliyev Ərdəbildə konsert verib
Tarix: 17.01.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər
Xalq artisti, tarzən Ramiz Quliyev Ərdəbildə solo konsert proqramı ilə çıxış edib.
APA-nın məlumatına görə, gecədə tarzəni tanınmış pianoçu Eta Etminan və zərb ifaçısı Əmir Əli Nəbi müşayiət edib.
Professor Ramiz Quliyevin ifasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, C.Cahangirov, T.Quliyev, Q.Hüseynli, H.Rzayevin, eyni zamanda müasir bəstəkarların əsərlərindən nümunələr təqdim olunub.
Proqramda Azərbaycan muğamları, xalq mahnıları və Qərb bəstəkarları F.Şubert və Y.Bramsın əsərləri də yer alıb.
Konsertdə Ərdəbil şəhərinin meri, bələdiyyə rəhbərliyi, tanınmış sənət xadimləri, rəssam və yazıçıları iştirak ediblər.
Səfər çərçivəsində tarzən və konsertin təşkilatçıları “Şeyx Səfi” türbəsini, görkəmli yazıçı Mircəlal Paşayevin doğulduğu Əndəbil kəndini də ziyarət ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
“Balaca şahzadə” tamaşası Heydər Əliyev Sarayının səhnəsində
17.02.2018
Tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb
16.02.2018
Emin Sabitoğlu haqqında yeni kitab nəşr olunub
15.02.2018
“Müsəlman dünyasının islahatı” kitabı Strasburqda çapdan çıxıb
14.02.2018
Bakıda Sven Marquardın sərgisi açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info