Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropaya çıxacaq
Tarix: 17.01.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər
Sadık Savoyev: “Biz bilirik ki, Azərbaycan da öz növbəsində Özbəkistanın tranzit potensialından istifadə etməklə Çin və bu istiqamətdə olan digər ölkələrin bazarlarına çıxmaq niyyətindədir və əminəm ki, bu sahədəki əməkdaşlığımız da getdikcə möhkəmlənəcək və öz bəhrəsini verəcək”
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Senatın və Ali Məclisin Qanunvericilik Palatasının üzvlərinə müraciəti ilə bağlı Ali Məclisdə brifinq keçirilib.
Tədbirdə Senat sədrinin müavini Sadık Savoyev, Ali Məclis sədrinin müavini Sarvar Atamuratov, xarici işlər nazirinin müavini Saidikram Niyazxocayev və Ali Məclisin deputatı Akmol Burxanov iştirak edib.
Brifinqdə Şavkat Mirziyoyevin müraciəti ilə bağlı geniş müzakirələr aparılıb.
Deyilib ki, müraciətdə Özbəkistanın nəqliyyat strukturlarının genişləndirilməsi, Avropa bazarlarına çıxış əldə etmək üçün Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizindən geniş istifadə etmək nəzərdə tutulur.
Bu məsələ ilə bağlı Sadık Safoyev deyib ki, Özbəkistan Azərbaycandakı tərəfdaşlarına minnətdardır ki, Bakı Limanından və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək üçün bizə lazimi şərait yaradıb. Azərbaycan bu istiqamətdə yükdaşımalarının həcminin yüksəldilməsi üçün Özbəkistana hər cür imkan yaratması əlbəttə bizi sevindirir.
Bir türkmən tərəfdaşlarımızla da yüklərin bu ölkə vasitəsi ilə daşınması ilə bağlı danışıqlar aparırıq. Ölkəmizin Azərbaycandakı səfirliyi qarşısında məsələ qoymuşuq ki, Azərbaycandakı tərəfdaşlarımızla əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirsin.
“Biz bilirik ki, Azərbaycan da öz növbəsində Özbəkistanın tranzit potensialından istifadə etməklə Çin və bu istiqamətdə olan digər ölkələrin bazarlarına çıxmaq niyyətindədir və əminəm ki, bu sahədəki əməkdaşlığımız da getdikcə möhkəmlənəcək və öz bəhrəsini verəcək”, - deyə S.Safoyev bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2018
«ArmenianReport»: ”30 ildir ki, erməni qaçqınlar dövlətdən heç bir kömək almayıblar”
23.02.2018
“Regional əməkdaşlığın müvəffəqiyyət örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu“
22.02.2018
Ermənistanda gərginlik artır
22.02.2018
Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
22.02.2018
İzmirdə Xocalı Soyqırımı qurbanları anılacaq

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8482

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
4 Qaradağlı faciəsindən 26 il ötür
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info