“WhatsApp” şübhəli mesajları qadağan edəcək
Tarix: 17.01.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər
Messencerdə sınaqdan keçirilən yeni funksiya istifadəçilər tərəfindən bir-birinə göndərilən spam, virus və saxta mesajların yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, istifadəçilərə mesajı göndərmə və ya qəbul etmə zamanı həmin mesajın artıq dəfələrlə yönləndirilməsi ilə bağlı xəbərdarlıq ediləcək. Söhbət, həmçinin “WhatApp” messencerinin digər istifadəçilərini mesajı öz kontaktındakı bütün şəxslərə göndərməyə vadar edən mesajlardan gedir: "Rayonda dabaq epidemiyası tüğyan edir, təcili hər kəsi xəbərdar edin". Panikaya düşmüş insanlar belə saxta mesajları digər istifadəçilərə də göndərirlər.
“WhatsApp” messenceri vasitəsilə ildırım sürətilə yayılan belə saxta mesajlar ciddi təhlükə yarada bilər. Məsələn, Hindistanda iğtişaşlara səbəb olmuş belə saxta mesajlar nəticəsində xəsarət alan və ölənlər olub. Başqa bir ölkədə saxta mesajlar peyvənddən kütləvi imtinaya səbəb olub. “WhatsApp” messencerinə sahib “Facebook” şirkəti saxta mesajların aşkar edilməsi problem ilə ciddi məşğul olmağa başlayıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.05.2018
Qaxın kitabxana fondlarında 300 mindən çox kitab var
18.05.2018
Süni intellekt denqe qızdırmasını proqnozlaşdıracaq
18.05.2018
Zəkalı olmağa kömək edən inanılmaz üsul
17.05.2018
İtaliya yaşlı əhalinin sayına görə dünyada 2-ci yerə yüksəlib
16.05.2018
Çəpgözlüyün hər yaşda müalicəsi mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9282

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Eldar Aslanov : “Müəllim adına layiq olmayan şəxsə müəllim diplomu verməməliyik”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info