BMT-nin baş katibi: “Münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”
Tarix: 17.01.2018 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


“Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”.
 
 BMT-nin saytında verilən xəbərə görə, bu sözləri BMT-nin baş katibi Antonio Qutyerres keçirdiyi brifinqdə deyib.
 
BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir. O, Myanmarda qaçqın probleminə toxunaraq Banqladeşə sığınanlara dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
 
İsrail-Fələstin münaqişəsindən bəhs edən A. Qutyerresin sözlərinə görə, bu problem ancaq iki dövlətin yaradılması əsasında həll edilə bilər, başqa alternativ yoxdur.
 
BMT baş katibi son olaraq vurğulayıb ki, hər kəs hər yerdə dünyanı daha təhlükəsiz etmək üçün bir şeylər edə bilər: "İnsan hüquqlarının müdafiəsi dövlətləri və cəmiyyətləri möhkəmləndirir, suverenliyi gücləndirir".

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info