Nazarbayev ABŞ-da bir sıra sazişlərə imza atıb
Tarix: 18.01.2018 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Birləşmiş Ştatlara rəsmi səfərinin gedişində bir neçə milyard dollarlıq sazişlər imzalanıb. “Kazinform” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Nazarbayev Qazaxıstanın bu ölkədən 7,5 milyard dollarlıq məhsul almağa hazır olduğunu bildirib. Tramp isə öz növbəsində Qazaxıstana ixracatın Birləşmiş Ştatlara iş yerlərini artırmaqda yardım edəcəyini vurğulayıb. Qazaxıstan liderinin mətbuat xidməti səfər çərçivəsində 20-dən çox sazişin imzalandığı barədə məlumat yayıb. Xarici KİV-lərdə yer alan xəbərlərə görə, liderlərin görüşündə iqtisadi sazişlərlə yanaşı, siyasi məsələlər, o cümlədən müasir beynəlxalq böhranlar fonunda Moskva və Vaşinqtonun münasibətlərində yaranan problemlər ətrafında fikir mübadiləsi aparılıb. “Şimali Koreya problemini yalnız Çin, ABŞ və Rusiya birlikdə həll edə bilər. Bununla bağlı, qonşu ölkə olaraq, bizi Rusiya və ABŞ arasında sıfır səviyyəsinə enən siyasi münasibətlər narahat edir”, - deyə Nazarbayev bildirib. Nursultan Nazarbayev və Donald Tramp ikitərəfli əlaqələri də müzakirə ediblər. “Qazaxıstan ölkəyə səfər edən Amerika vətəndaşları üçün vizasız rejim tətbiq edib və cavab reaksiyasına ümid bəsləyir”, - Nazarbayev amerikalı həmkarı ilə danışıqların yekununda belə deyib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
San-Fransiskoda Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub
17.10.2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10272

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info