“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
Tarix: 18.01.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Volkan Bozkır: “TANAP, TAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın uğurlarıdır”

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinə dair müzakirələr aparılıb. Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqləndiyini qeyd edib. Bildirib ki, ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayıb. Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Türkiyə arasında həyatın bütün sahələrində məsələlərin uğurlu həlli üçün möhkəm zəmin yaradır. Milli Məclisin sədri Azərbaycan və Türkiyə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işini yüksək qiymətləndirib. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunun və parlament diplomatiyasının vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır da Türkiyə-Azərbaycan münasibətlərinin sürətli inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən söz açıb. Qeyd edib ki, TANAP, TAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın uğurlarıdır. 2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir, bu il də müxtəlif tədbirlər, layihələr həyata keçiriləcək. Qonaq bir neçə gündən sonra Azərbaycanda qeyd olunacaq 20 Yanvar faciəsi barədə də danışıb. Azərbaycanın həmin faciə zamanı çoxsaylı şəhid verdiyini deyən Volkan Bozkır azadlıq, müstəqillik yolunda canlarından keçən insanlara görə Azərbaycan xalqına başsağlığı verib. O, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inandığını deyib, bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“OSA” zenit-raket komplekslərindən döyüş atışları yerinə yetirilib
17.10.2018
Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
17.10.2018
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
17.10.2018
Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
17.10.2018
“The Washington Times”: “Con Bolton Azərbaycana yola düşür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info