Kompüterin insana verdiyi 7 təhlükəli xəstəlik
Tarix: 17.01.2018 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır.
Biz ondan demək olar ki, həyatın bütün aspektlrində istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımızın böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın necə axıb getidiyinin fərqində olmuruq...

1. Bel əyriliyi
Səbəb: Kompüter istifadəçilərin çoxu bədənin düzgün vəziyyətini nəzərə almır və masa arxasında düz oturmur.
Həlli yolu: Düz oturun və klaviaturaya tərəf əyilməyin. Əmin olun ki, stulun mərkəzi ilə oturursunuz. Kürəyin aşağı hissəsi stulun arxasına söykənməlidir, ayaqlar isə diz nahiyəsindən düz dayanmalıdır. Lazım gələrsə, yastıq istifadə edə bilərsiniz. Əgər ayaqlarınız döşəməyə dəymirsə, onda altına kətil qoyun.

2. Bilək ağrısı
Səbəb: Bilək sindromu siçandan həddindən artıq istifadə zamanı əzələlərin dəfələrlə hərkəti nəticəsində yarana bilər. Klaviatura və siçandan çox istifadənin bilək əzələləri ilə sıx əlaqəsi var.
Həlli yolu: Əllərin və barmaqların düzgün qoyuluşu biləyin yükünü xeyli azalda bilər. Yadda saxlayın ki, dirsəklər 90 dərəcə bucaq altında olmalıdır. Klaviatura isə kifayət qədər yaxın yerləşməlidir ki, əlləriniz ona rahatlıqla toxuna bilsin. İş zamanı bilək və barmaqlar eyni səviyyədə olmalıdır. Əlbəttə ki, işdən əvvəl və sonra biləkləri oynatmağı unutmayın. Vaxtaşırı əllərə istirahət verin.

3. Boyun və çiyin ağrısı
Səbəb: Uzun müddət eyni mövqedə oturmaq boyun və çiyinlərdə ağrı yarada bilər. Bu, qamətin səhv olmasından dolayı da yaranır.
Həlli yolu: Edə biləcəyiniz ən asan iş bədənin qamətinə nəzarət etməkdir. Həmçinin gün ərzində qısa fasilələr vermək lazımdır. Fasilələr zamanı boyun və çiyinlərdə olan ağrıları yüngülləşdirmək üçün hərəkətlər edin. Bu da qan dövranı yaxşılaşmasına kömək edir.

4. Kürək ağrısı
Səbəb: Kompüter arxasında uzun müddət oturmaq ağrıların olmasını qaçılmaz edir. Qamətin pozulması və stress nəticəsində əzələ gərginliyi yaranır və kürək ağrımağa başlayır.
Həlli yolu: İş vaxtı düzgün oturmaq və qaməti düz saxlamaqla kürək ağrılarının qarşını almaq mümkündür. Qısa fasilələr verin ki, gərginləşmiş əzələlər rahatlasın.

5. Göz ağrısı
Səbəb: Gözlərin zəifləməsinin səbəbləri insanlara görə dəyişir. Lakin problemin əsas səbəbi işdən qaynaqlanır. Pis işıqlandırma, pis vərdişlər və gözlərə qulluğun lazımi səviyyədə olmaması da göz ağrıları yaradır.
Həlli yolu: Otaqla yanaşı monitorun işıqlandırmasına və parlaqlığa fikir verin. Parlaqlıq və işıqlandırma parametrlərini elə qurun ki, gözlərə narahatlıq yaratmasın, nə çox işıqlı, nə də çox qaranlıq olmasın. Digər vacib mərhələ işlədiyiniz proqramlardır. Məsələn, yazı yazırsınızsa, şiriftləri daha iri edin ki, gözlər tez yorulmasın. Əlbəttə ki, gözlərə istirahət verməyi unutmayın. Göz gimnastikası sinirləri də yaxşılaşdırır. Gözləri həddən artıq yükləmək daha ciddi fəsadlara gətirib çıxara bilər. Odur ki, mütəmadi olaraq həkim nəzarətindən keçin.

6. Göz quruluğu
Səbəb: Uzun müddət ekrana baxmaq və qöz qırpmağı yaddan çıxartmaq gözlərin qurumasına gətirib çıxarır. Halbuki,
gözləri qırpmaq onların nəmləndirilməsinə xidmət edir. Qaşınma və qızartı gözlərin qurumasından xəbər verir.
Həlli yolu: Monitoru elə qoya bilərsiniz ki, onun yuxarı hissəsi göz səviyyəsindən bir qədər aşağıda olsun. Sözsüz ki, fasilələr barədə unutmayın. Bu, gözləri rahatlaşdıracaq.
7. Görmə problemləri
Səbəb: Obyektə daha yaxından fokuslanmaqdır. Gözlərin daxili əzələləri obyektə daha iri planda baxmağa öyrəşdiyi üçün çevikliyini itirir və uzaqlaşan obyektlərə fokuslana bilmirlər.
Həlli yolu: Göz əzələlərinin çevikliyini qaytarmaq üçün bir neçə çıxış yolu var. Gözlərinizi sizdən 6 düyüm uzaq məsafədə yerləşən obyektə fokuslayın, sonra isə daha uzaq obyektə baxın. Bu, göz məşqini gün ərzində bir neçə dəfə təkrar edin.
Bilməlisiniz ki, gözlərimiz fasiləsiz olaraq işləmək, kitab oxumaq və ya sadəcə açıq qalmaq üçün nəzərdə tutulmayıb. Bədəninin istənilən digər əzələləri kimi göz əzələləri də istirahət etməlidir. Müasir dünyada bizə elə gəlir ki, gözlərə istirahət verə və uzun müddət kompüter olmadan keçinə bilmərik.
Amma bu, heç də belə deyil, Dəyərli oxucular, kompüterdən uzun müddət istifadə etməməyə çağırırıq. Axı ətrafımızda görməli olduğumuz o qədər gözəlliklər var ki...
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Azərbaycanda meyitdən götürülən orqanların siyahısı genişləndirilir
15.08.2018
Az yatmağın yeni təhlükəsi açıqlanıb
14.08.2018
Yuxu rejiminin pozulması ciddi fəsadlar törədir
13.08.2018
“Con Batçelor Şou”: Müalicəvi əhəmiyyətə malik möcüzəli Naftalan nefti
12.08.2018
Sağlamlığınızı qorumaq istəyirsinizsə, belə yatın

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9873

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info