Bolqarıstan mətbuatı Azərbaycan-Bolqarıstan əlaqələrinin möhkəmlənməsindən yazıb
Tarix: 18.01.2018 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana səfəri, aparılan danışıqlar, Bakıdan Sofiyaya ilk aviareysin açılması bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.
“24 çasa”, “Fokus news”, “Blits”, “Bankir”, “Offnews” nəşrləri, Bolqarıstan Milli Televiziyası və digər KİV-lər səfərin yüksək səviyyədə keçdiyini bildirirlər. Yayılan məlumatlarda bu səfərin Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələlərin araşdırılması barədə göstəriş verməsi xüsusi vurğulanır.
Məlumatlarda Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində TANAP və TAP layihələrinin əhəmiyyətindən söz açılır, bu istiqamətdə Bolqarıstanla danışıqların səmərəli keçdiyi nəzərə çatdırılır. Bildirilir ki, bu layihələrin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələsi daha da möhkəm təməl üzərində qurulacaq. Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcud olduğu, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayandan sonra iyulda Türkiyə ilə sərhəddə interkonnektorun işə düşəcəyi bildirilir. Baş nazir Boyko Borisovun Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Bolqarıstanın qazlaşdırılmasına nail olunacağı halda, ölkədə əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı təmin olunaraq onların odundan, kömürdən istifadə etməyəcəkləri barədə qeydləri diqqətə çatdırılır.
Bolqarıstan KİV-ləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılmasının əhəmiyyətindən də yazır. Bu hadisənin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Türkiyə məhkəməsi amerikalı rahibin etirazını rədd etdi
15.08.2018
Ərdoğan ABŞ-ın sanksiyalarına cavab verdi
14.08.2018
Yerevanda aksiya, Koçaryana “Qatil“ şüarı səsləndirilib
14.08.2018
ABŞ Londonu da hədələdi
14.08.2018
Gürcüstanda keçiriləcək prezident seçkilərinə 42 milyon lari xərclənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9863

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info