Robot sərgisində 200-dən çox şirkət iştirak edir
Tarix: 18.01.2018 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda təşkil olunan “RoboDex” robotlar sərgisində dünyanın 200-dən çox şirkəti iştirak edir.
AZƏRTAC xəbər verir ki, Yaponiya, Çin, Fransa və digər ölkələrdən gəlmiş şirkətlərin təklif etdikləri məhsullar arasında cəmiyyətin bütün sahələrini əhatə edən robotlara da rast gəlmək olar.
Sərginin açılışında çıxış edən Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin robotlaşma şöbəsinin müdiri Atuşi Yasuda bildirib ki, işçi qüvvəsinin çatışmazlığı ilə əlaqədar Yaponiya hökuməti robotların müxtəlif sahələrdə tətbiqinə böyük ümid bəsləyir. Bu zaman, ilk növbədə, sosial sahə, xüsusən də yaşlılara qulluq ön sıraya çıxır.
Şöbə müdirinin sözlərinə görə, Nazirlər Kabinetinin 2020-ci ilədək olan dövrü əhatə edən son 5 il üçün strategiyası ölkə daxilində robotlar bazarının 650 milyard yendən (təqribən 5,8 milyard dollar) 2,4 trilyon yenədək (21,6 milyard dollar) artırmağı nəzərdə tutur. Bununla yanaşı, hökumət androidlərlə bağlı layihələrə də təqribən 100 milyard yen (902 milyon dollar) investisiya ayırmağı planlaşdırır.
Planın digər bəndlərindən biri 2018-ci maliyyə ili ərzində Fukusima prefekturası ərazisində xüsusi sınaq pavilyonunun yaradılmasını nəzərdə tutur ki, həmin ərazidə də pilotsuz uçan və üzən aparatların testləri keçiriləcək. Həmin aparatlardan “Fukusima-1” AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında istifadə olunması nəzərdə tutulur. Bununla yanaşı, həmin yerdə 2020-ci ildə Ümumdünya Robotlar Sammitinin təşkili planlaşdırılır.
Builki “RoboDex” sərgisində istehsalda tətbiq edilən sənaye androidlərinə, pilotsuz uçan aparatlara, xidmət sahəsi üçün robotlara xüsusən geniş yer verilib. Son zamanlar otellərdə müştərilərin qarşılanması, restoranlarda ofisiant kimi işlər xidmət üçün nəzərdə tutulan robotlara tələbatı kəskin artırıb. Real mimikası və davranışı ilə seçilən belə humanoid robotlar ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?
16.10.2018
İngiltərənin tarixi adası satışa çıxarılıb
13.10.2018
Yaponiyada evin damına meteorit düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info