Gənc musiqiçilər Vyanada konsert veriblər 
Tarix: 18.01.2018 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Yanvarın 17-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində gənc musiqiçilərin iştirakı ilə “Mahnılarla körpü yaradaq” adlı konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara konsert ideyası haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi yarandığı ilk gündən ölkəmizin incəsənətini və musiqisini Avstriyada ən yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə Mərkəzin layihələrinə Azərbaycanın tanınan səhnə xadimləri dəvət olunur, onların avstriyalı həmkarları ilə eyni səhnəni paylaşmalarına şərait yaradılır. Bununla yanaşı, Mədəniyyət Mərkəzi yetişməkdə olan gənc sənətçilərə xüsusi diqqət ayırır, onların öz səhnə bacarıqlarını geniş ictimaiyyətə tanıtmasına dəstək göstərir. Məhz belə uğurlu əməkdaşlıq Avstriyanın Azərbaycandakı səfirliyi və Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə ərsəyə gəlib.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Azərbaycanın və Avstriyanın gənc musiqiçilərinin birgə konserti barədə razılıq əldə olunub. Bununla da Avstriyanın Klagenfurt şəhərində doğulmuş Kiara Taler ilə bakılı Fidan Hüseynova və Valeh Hüseynbəyli arasında əməkdaşlığın əsası qoyulub. Dünyanın başqa ölkələrindəki həmyaşıdları ilə səhnəyə çıxmaq arzusunda olan gənc musiqiçilər insanların ön mühakimələr olmadan birlikdə çox işlərə qadir olduqlarını öz əməkdaşlıqları ilə nümayiş etdirirlər. Musiqinin insanları birləşdirən körpü rolu oynadığını və fərqli mədəniyyətə qarşı hörmət hissi aşıladığını yaxşı bilən yeniyetmələr məhz öz mahnıları ilə insanlar arasında dostluq və qarşılıqlı rəğbəti tərənnüm etmək niyyətindədirlər.
L.Qasımova ümidvar olduğunu bildirib ki, bu layihə ilk dəfə eyni səhnəni paylaşan musiqiçilərin gələcək əməkdaşlıqları üçün örnək olacaq.
Konsertdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış filmlərdən parçalar, eləcə də Azərbaycan və Avstriya xalq mahnıları ifa olunub.
Yeniyetmə musiqiçiləri birgə konsert üçün Solmaz Aslanova (vokal) və Sevinc Əzizova (fortepiano) hazırlayıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Jizel” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
17.10.2018
Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 27 illiyi qeyd edilib
16.10.2018
Leonid Ptaşka və Həsən Bağırov Muğam Mərkəzində birgə konsert veriblər
15.10.2018
“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurları ilə görüş
15.10.2018
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info