Tatarıstandan olan qonaqlar Azərbaycandakı tatar diasporunun nümayəndələri ilə görüşüblər
Tarix: 18.01.2018 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” Regional İctimai Təşkilatının (RİT) nümayəndələri və Tatarıstandan olan qonaqlar Azərbaycandakı tatar diasporunun nümayəndələri ilə görüşmək və tanış olmaq üçün “Tatarıstan” İctimai Birliyinin dəvəti ilə Bakıda səfərdə olublar.
“Tatarıstan” İctimai Birliyindən bildiriblər ki, görüşün başlıca məqsədi qardaş Azərbaycan və Tatarıstan xalqlarının dostluğunun rifahına xidmət edəcək əməkdaşlığı möhkəmləndirmək, birgə mədəni və ictimai tədbirlər keçirmək barədə razılığa gəlmək olub.
Qonaqlar Əjdərbəy məscidində cümə namazında olublar. “Tatarıstan” İB-nin dini sektorunun rəhbəri Rəşid Cabbarov məscidin tarixindən danışaraq bildirib ki, bu məsciddə müxtəlif millətlərin nümayəndələri birlikdə namaz qılırlar.
Sonra Bakıdakı restoranlardan birində Azərbaycan və tatar diasporlarının nümayəndələrinin görüşü olub. Azərbaycanın tatar diasporunun nümayəndəsi, “Tatarıstan” İB sədrinin müavini Emin Ramazanov Azərbaycan tatarları ilə görüşmək üçün dəvəti qəbul etdiklərinə görə Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” RİT-in rəhbəri Bəşir Bəşirovun şəxsində tatarıstanlı qonaqlara təşəkkür edib.
“Tatarıstan” İB-nin sədri Abbas Minyaşev birliyin fəaliyyəti və keçirdiyi mədəni tədbirlər barədə qonaqlara məlumat verərək vurğulayıb ki, Azərbaycan və Tatarıstan xalqlarının dostluğunun möhkəmlənməsi üçün belə səfərlərin və birgə tədbirlər keçirilməsinin böyük əhəmiyyəti var.
“Azərbaycan” RİT sədrinin mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi, beynəlxalq dərəcəli hüquqşünas, Kazan Federal Universitetinin və Bakı Dövlət Universitetinin məzunu Sevinc Süleymanova Tatarıstanın Xalqlar Dostluğu Evindən, bazar günü məktəbindən, Azərbaycan muxtariyyətinin fəaliyyətindən söz açaraq qeyd edib ki, o, həm Tatarıstanı, həm də Azərbaycanı özünün Vətəni sayır. S.Süleymanova bildirib ki, bu il bir neçə birgə tədbir və sərgi keçirmək planlaşdırılır.
Tatarıstandan olan qonaqlar arasında türk, ərəb və tatar dilləri tərcüməçisi Yaqut Xudayarova, habelə Kazanda və Yelabuqada uşaqlara milli rəqslər öyrədən xoreoqraf Elman Musayev da olub.
Gecədə yerli ansamblın ifasında qarmonun müşayiəti ilə tatar mahnıları səslənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info