ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tarix: 18.01.2018 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti, 20 Yanvar şəhidlərinin yaxınları iştirak edib. Tədbir universitetin şəhid olmuş 3 tələbəsi - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önündən başlanıb. İştirakçılar şəhidlərin vaxtı ilə oxuduqları fakültələrdə qoyulan barelyefləri önünə qərənfillər düzüb, onların xatirəsini yad ediblər.
Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində çıxış edən rektor, professor M.Babanlı 28 il əvvəl baş verən qanlı yanvar hadisələrdən danışıb. ADNSU-nun şəhid olan mübariz ruhlu tələbələrinin həmin günlərdə göstərdiyi şücaəti vurğulayan rektor, professor M.Babanlı Azərbaycanın məhz bu cür oğulları sayəsində müstəqilliyini qurduğunu və bu gün də bu müstəqilliyi qoruduğunu deyib. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə şəhid olan gənclərin ADNSU-da daim qürurla xatırlandığını deyən M.Babanlı şəhidlərin yaxınlarına və ailə üzvlərinə anım tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onların doğmalarına göstərilən bu cür diqqətdən razı qaldıqlarını bildiriblər. Tədbir iştirakçıları həmin dövrü və 20 Yanvar hadisələrini xatırlayıb, şəhid olan qəhrəman oğulları bir daha yad ediblər.
Şəhidlər haqqında xatirələrini bölüşən yaxınları 20 Yanvarın Azərbaycan tarixində matəm izi ilə yanaşı həm də şanlı bir iz qoyduğunu qeyd ediblər. Sonda tədbir iştirakçıları işğal olunmuş torpaqlarımızın düşməndən azad olunacağına,şəhidlərimizin qanının yerdə qalmayacağına inandıqlarını bildiriblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
16.08.2018
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018
Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı
16.08.2018
Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
16.08.2018
Sahil Babayev əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9885

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info