Duz bağırsaq florasını məhv edir
Tarix: 18.01.2018 | Saat: 14:32:00 | E-mail | Çapa göndər
İnsanların gündəlik qidalanma zamanı istehlak etdiyi məhsullar arasında sağlamlığa zərər olan qidalar kifayət qədərdir. Belə ki, əhalinin 80 faizi duzlu və acılı qidalara üstünlük verir. Məsələn, normadan artıq qəbul edilən duz bağırsaq florasını məhv edir.
Milli.Az xəbər verir ki, amerikalı alimlər iddia edir ki, qidada mütəmadi olaraq normadan artıq miqdarda duz istifadə etmək immuniteti zəiflədir, nəticədə isə insanın koqnitiv funksiyalarının deqredasiyası baş verir.
Aparılan elmi araşdırma nəticəsində məlum olub ki, natrium-xloriddən normadan artıq istifadə endotial disfunksiyaya yol açır. Bu, arterial təzyiqə təsir etməsə də, beyin qan dövranının sürətlə zəifləməsinə gətirib çıxarır.
Duz bağırsaqda "T-helper 17" hüceyrələrinin miqdarını artırır. Mütəxəssislər qeyd edir ki, qan dövranında interleyk molekullarının sürətli artımı zərərli diyetanın beyin qan dövranına mənfi təsiri ilə müşahidə olunub.
Tədqiqatçılar siçanlar üzərində aparılan sınaqlardan sonra bu qənaətə gəliblər. Lakin bu nəticələr insanlar üçün də keçərlidir. Sınaqlar zamanı siçanlara əvvəlcə normadan artıq duzlu qidalar verilib. Daha sonra isə gəmiricilər normal qidalanma şəraitinə qaytarılıb. Bu zaman yüksək duzlu qidalarla normal diyeta arasındakı fərq aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, insan orqanizminin gündəlik qidalanma zamanı maksimum 5 qramdan artıq duz qəbul etməsi tövsiyə edilmir. Araşdırmaya görə, gündəlik qəbul edilən qidaların tərkibində duzun 5 qrama qədər norması gözlənilərsə, dünyada hər il qeydə alınan ölüm halları 2.5 milyon azalar.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı son statistikaya görə, Yer kürəsində yaşayan insanların yarıdan çoxu gündəlik olaraq normadan artıq (80-140% çox) natrium-xlorid qəbul edir. İzafi duz insan orqanizminə birbaşa olaraq çörəklə, quru səhər və qəlyanaltı yeməklər vasitəsilə daxil olur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.05.2018
Qaxın kitabxana fondlarında 300 mindən çox kitab var
18.05.2018
Süni intellekt denqe qızdırmasını proqnozlaşdıracaq
18.05.2018
Zəkalı olmağa kömək edən inanılmaz üsul
17.05.2018
İtaliya yaşlı əhalinin sayına görə dünyada 2-ci yerə yüksəlib
16.05.2018
Çəpgözlüyün hər yaşda müalicəsi mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9284

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info