Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
Tarix: 18.01.2018 | Saat: 14:50:00 | E-mail | Çapa göndər
Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 702-ci briqadanın veteranı, fotoqraf Nurəhməd Vəliyevin 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri və atəşkəs dövründə hərbi hissənin fəaliyyətini əks etdirən fotolarından ibarət sərgisinin açılışı keçirilib.
 
APA-nın məlumatına görə, “AZERI DEFENCE” jurnalının dəstəyi ilə keçirilən sərgidə N. Vəliyevin arxivindən 100 foto nümayiş olunub. 

 
Tədbirdə çıxış edən hərbi ekspert Üzeyir Cəfərov Nurəhməd Vəliyevin döyüş yolundan danışıb. O, hərb tarixinin öyrənilməsi baxımından fotoşəkillərin əhəmiyyətini yüksək qiymətləndirib: “Nurəhməd Vəliyev mənim üçün əfsanəvi adamdır. O, 702-ci hərbi hissənin döyüşçüsü və fotoqrafı olub. Bir zamanlar düşünməzdik ki, vaxt gələcək bu şəkillərə bu qədər ehtiyacımız olacaq. Məhz Nurəhməd Vəliyevin çəkdiyi şəkillər nəticəsində 137 şəhidimizin kimliyi bəlli olub”.
 
General-leytenant Yaşar Aydəmirov sərgini təşkilini əlamətdar hal kimi dəyərləndirib: “Müharibə tarixini hər zaman yaşatmaq bizim borcumuzdur. Bu şəkillər bizim tariximiz, keçmişimizdir. Bunlar yaddaşdır. Yaddaşı qorumayanda ağır nəticələri olur”. 

 
Ehtiyatda olan polkovnik Şair Ramaldanov, “AZERI DEFENCE” jurnalının rəhbəri Rəşad Süleymanov və başqaları Nurəhməd Vəliyevin fotolarının döyüş tariximizi öyrənmək baxımından əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, fotoqrafın arxivində 20 minə yaxın foto var. Gələcəkdə həmin fotolardan ibarət sərgilərin də təşkili nəzərdə tutulub. 
   
Sonda çıxış edən Nurəhməd Vəliyev tədbir iştirakçılarına təşəkkürünü bildirib.
 
O, qeyd edib ki, fotoşəkillər Füzuli rayonunun 1991-1996-cı illər müharibə dövrünü əhatə edir.



Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
Oqtay Mirqasımov ustad dərsləri keçəcək
21.02.2018
Elza İbrahimovanın xatirəsi anılıb
21.02.2018
Qusarda “Xəcalət” tamaşası təqdim ediləcək
21.02.2018
“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub
21.02.2018
“Qadınlar yaradır...” layihəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info