“Rəqəmsal bankçılıq və təhlükəsizlik” sərgi-konfransda 250-dək şirkət iştirak edəcək
Tarix: 18.01.2018 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“FA International Trade Events” şirkətinin təşkilatçılığı ilə aprelin 17-18-də Bakıda “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzusunda keçiriləcək Beynəlxalq sərgi-konfransda 250-dək şirkət iştirak edəcək.
Konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, “FA International Trade Events” tədbirlərində Prezident İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn məsələləri daim rəhbər tutub və fəaliyyətini bu istiqamətdə aparmağı qarşısına məqsəd qoyub. Sərgi-konfrans “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal “nou-hau”, xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaq.
Bu sərgi-konfransda “Microsoft”, “VISA”, “PayPal”, “Capital Banking Solutions” kimi 250-yə yaxın qlobal səviyyəli şirkət iştirak edəcək. Tədbir “Deniz Bank”, “UnionPay”, “Kaspersky”, “Intertech” kimi sponsorların dəstəyi ilə həyata keçiriləcək.
Sərgi-konfrans barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.
Qeyd edək ki, “FA International Trade Events” ötən il martın 17-18-də Bakıda “Beynəlxalq neft və qaz sammiti”ni, noyabrın 28-29-da isə Yunanıstanın paytaxtı Afinada “Beynəlxalq yaşıl gəmiçilik və texnologiya” mövzusunda sərgi-konfransı uğurla təşkil edib. Afinadakı konfransa Beynəlxalq Gəmiqayırma Mühəndisliyi Assosiasiyası (ISES), Baltik ölkələri Limanları Təşkilatı (BPO), Yunanıstan Gəmiçilik Komitəsi (GSC), Türkiyə Gəmi İnşaatı Sənayeçiləri Birliyi (GISBIR), Avropa Dəniz Limanları Təşkilatı (ESPO), Beynəlxalq Gəmiçilik və Ticarət Assosiasiyası (WISTA) kimi beynəlxalq qurum və təşkilatlar rəsmi dəstək verib. 200-dək beynəlxalq şirkət nümayəndəsinin iştirak etdiyi sərgi-konfransda qlobal səviyyədə əməkdaşlıq müqavilələri bağlanılıb, biznes görüşləri baş tutub və tədbirdə yadda qalan çıxışlar edilib. Avropanın bir sıra ölkələrinin, həmçinin Yunanıstanın nazirlik nümayəndələri də tədbirdə iştirak edib və tədbiri yüksək qiymətləndiriblər. Yunanıstanda keçirilən tədbirin qısa icmalı ilə aşağıdakı videomaterialdan tanış ola bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Əksər rayonlara yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır
17.01.2019
“2019-cu ilin “Nəsimi ili“ elan edilməsi mədəniyyətə olan böyük diqqətin təzahürüdür”
17.01.2019
Təhsil nazirinin Neftçala şəhərində vətəndaşları qəbul etmək vaxtı dəyişdirilib
17.01.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub
17.01.2019
Təbii fəlakətlərdən hər il Azərbaycana 250-300 milyon dollar zərər dəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info