Ermənistanda Rusiya əleyhinə aksiyalar keçirilə bilər
Tarix: 18.01.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər
Ölkə sərhədlərinin qorunmasının Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınması ilə bağlı təşəbbüs qrupu yaradılıb

Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Hökumət mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkənin buna maddi gücü yoxdur. Bu səbəbdən də yanvarın 19-da İrəvanda hakim rejimin səriştəsizliyinə qarşı ümumxalq itaətsizliyi yürüşü planlaşdırılır.

“Yelk” partiyasının rəhbəri, deputat Nikol Paşinyan parlamentin iclasında əhali ayağa qalxacağı təqdirdə heç bir qüvvənin bunun qarşısını ala bilməyəcəyini söyləyib. O deyib ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Bu da vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır. İllər keçir, amma ölkədə heç nə dəyişmir. Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib ki, Ermənistandakı narazılıqlar Serj Sərkisyan hökumətinə münasibətin göstəricisidir. Artıq ölkədə qanlı mart hadisələrinin təkrarlanmasına zəmin yaranıb. Ermənistanda iqtisadi vəziyyət yaxşı deyil. Bu da aksiya keçirənlərin əsas narazı olduğu məqamlardandır. Gözlənilən etirazlar çevrilişlə də nəticələnə bilər. Ona görə də hakimiyyət silahlı qüvvələri insanların qarşısına çıxaracaq.

“İrəvandakı Zvartnos beynəlxalq hava limanındakı sərhəd keçid məntəqəsinə nəzarət hüququnun Rusiya Federal Təhlükəsizlik Xidmətində olması ölkə suverenliyinin bir hissəsinin xarici dövlətə verilməsi deməkdir”

Politoloq Oleq Kuznetsov qeyd edib ki, narazılıqların kökündə indiki siyasi rejimə qarşı yönələn aqressiya dayanır. Ermənistan mətbuatı isə hərbi-siyasi repressiyaların güclənəcəyini yazır. Eyni zamanda Ermənistanda antirusiya çağırışları daha ucadan səslənməyə başlayıb. Artıq bir neçə aydır ki, Ermənistanda bəzi dairələr ölkə sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunmasına etiraz edir. Bununla bağlı daha bir təşəbbüs irəli sürülüb. Belə ki, təşəbbüs müəllifləri hesab edirlər ki, ölkə sərhədlərinin qorunması Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməlidir. Təşəbbüsü irəli sürən fəallar, hələlik Türkiyə ilə sərhədin ruslar tərəfindən qorunmasına etiraz etmirlər. Amma qalan hissələrin onlara verilməsi tələb edilir. “Armenianreport.com” yazır ki, 1992-ci ildə Rusiya və Ermənistan hökumətləri sərhəd qoşunlarının statusu haqqında müqavilə imzalayıblar. Həmin müqaviləyə əsasən, Ermənistanın Türkiyə və İranla sərhəd zolağını Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri qoruyurlar. Təşəbbüs qrupunun üzvləri bildirirlər ki, həmin vaxt müharibə olduğu üçün Ermənistan bunu etməyə məcbur olub. İndi isə Rusiyanın köməyinə ehtiyac yoxdur. Erməni fəallar hesab edir ki, rəsmi İrəvan ölkənin itirilmiş suverenliyini bərpa etmək üçün addımlar atmalıdır: “İrəvandakı Zvartnos beynəlxalq hava limanındakı sərhəd keçid məntəqəsinə nəzarət hüququnun Rusiya Federal Təhlükəsizlik Xidmətində olması ölkə suverenliyinin bir hissəsinin xarici dövlətə verilməsi deməkdir”. Təşəbbüs qrupu 2018-ci il martın ilk gününədək İrəvandakı Zvartnos beynəlxalq hava limanındakı sərhəd keçid məntəqəsini Ermənistanın sərhəd qoşunlarının tam nəzarəti altına keçməsini təklif edib. Fəallar hesab edirlər ki, Ermənistan-İran sərhədinin qorunması 2019-cu il yanvarın 1-nə kimi Ermənistanın səlahiyyətinə verilməlidir: “Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları, hələlik Türkiyə ilə sərhəddə xidmətlərini davam etdirə və ya istəmədikləri halda vətənlərinə qayıda bilərlər”. Qrup üzvləri təkliflərinə müsbət cavab verilməyəcəyi təqdirdə aktiv etiraz aksiyaları keçirəcəklərini də elan ediblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.05.2018
Ermənistan dördüncüdür?
18.05.2018
BMT: ”Yaxın gələcəkdə Ermənistanın əhalisi 300 min nəfər azalacaq”
18.05.2018
Ermənilər silah ticarəti ilə məşğul olan Samvel Babayana azadlıq tələb edirlər
18.05.2018
Ermənilər indi də baş prokurorun istefasını tələb edirlər
17.05.2018
Levon Ter-Petrosyandan Paşinyana xəbərdarlıq

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9282

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Eldar Aslanov : “Müəllim adına layiq olmayan şəxsə müəllim diplomu verməməliyik”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info