“ASAN” kommunalla “Azərişıq”a rekord həddə müraciət edilib
Tarix: 19.01.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. Arxada qalan 2017-ci ildə “ASAN” kommunalla “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN” Kommunal vasitəsi Azərişıq “ASC”-nin göstərdiyi 10 xidmət üzrə - elektrik enerjisi ilə əhali və qeyri əhali abonentlərə texniki şərtin verilməsi, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxladılması, smart karta ödəniş edilməsi ilə bağlı 140 min müraciət edilib. Həmin 140 min müraciətin cüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.
Göstərilən 10 xidmət arasında heç şübhəsiz əhali və qeyri əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır ki, bu sahə üzrə 33 min müraciət daxil olub. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla 33 min müraciətdən hamısı icra edilib və 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.
“Azərişıq” ASC “ASAN” xidmətlə birgə əməkdaşlığı 2018-ci ildə davam etdirilməklə yanaşı daha da dərinləşdiriləcək və bu sahədə yeniliklər həyata keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info