“Prezidentin Sərəncamı özəl televiziya kanallarına qayğının daha bir təzahürüdür”
Tarix: 19.01.2018 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı bir daha göstərdi ki, telekanalların fəaliyyətinin təkmilləşdirilməsi dövlətin diqqətindən kənarda deyil.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib.
Qafar Cəbiyev deyib ki, dövlətimizin başçısının Sərəncamı özəl televiziya kanallarının fəaliyyətinin təkmilləşdirilməsinə daha bir dəstəkdir. 2011-ci ildə özəl televiziyalara 5 milyon, 2013-cü ildə isə 6 milyon manat vəsait ayrıldı ki, bu da telekanalların milli film və serialların çəkilməsi işinə dəstək oldu. Həmin vaxtdan etibarən Azərbaycanda xeyli filmlər, seriallar çəkilib və hazırda telekanallarımızda nümayiş olunur. Bu dəfə dövlətimizin başçısının özəl yayım şirkətləri üçün üç milyon manat vəsait ayırması isə kanalların “AZƏRSPACE”ə və digər dövlət qurumlarına borcunun ödənilməsinə kömək məqsədi daşıyır.
Sərəncamda da qeyd olunduğu kimi, qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əhalinin məlumatlandırılması və maarifləndirilməsi, dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması, ictimai maraq kəsb edən aktual məsələlərin müzakirəsinin təşkili, ölkəmizin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir. Özəl telekanallar dövlət qurumlarına borclarını ödəməklə yanaşı, tamaşaçı auditoriyasını genişləndirmək üçün verilişlərinin keyfiyyətini artırmalıdırlar. Özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xalqın mədəniyyətinin və milli mənəvi dəyərlərinin təbliği, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması, habelə texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruridir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info