Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tarix: 19.01.2018 | Saat: 15:48:00 | E-mail | Çapa göndər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə 20 Yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib.
S.Məmmədov əlavə edib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.
Saleh Məmmədov vurğulayıb ki, ulu öndərimiz Heydər Əliyev həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə heç kimdən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış edib. Bu, Ümummilli Liderin böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin bariz nümunəsi idi. “Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verilib, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilib. Bir sözlə, Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirib”.
Qeyd olunub ki, bu gün də bu siyasət Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Belə ki, dövlət başçısı tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan S.Məmmədov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar” dairəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb.
Prezident İlham Əliyev əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər
22.02.2018
“Xocalı şahidləri danışır” kitabının təqdimatı olub
22.02.2018
Orxan İsayev: “Beynəlxalq qurumlar korrupsiya ilə mübarizəni müsbət qiymətləndirir”
22.02.2018
ATƏT/DTİHB-nin nümayəndələri prezident seçkiləri barədə məlumatlandırılıb
22.02.2018
“Sönmüş ocaqlar” adlı tədbir-sərgi təşkil olunub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info