“Kədərlənirəm, qəhər məni boğur…”
Tarix: 22.05.2013 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Radikal müxalifətin “milli şura” yaratmaq cəhdləri artıq iflasa uğrayıb. Çünki bunu qurmaq üçün bir yerə gələnlər 20 il bundan əvvəl olduğu kimi, bu gün də bir-biriləri ilə gizlin və ya aşkar formada intriqa aparır, birləşmək haqqında danışsalar da, hələ də şəxsi maraqlardan, partiya maraqlarından başqa bir şey düşünə bilmirlər. Bunlar hakimiyyətə gəlmək bir yana dursun, hələ “ana müxalifət”çilik uğrunda dava aparırlar. Çox məhdud maraqlardan çıxış edən bu şəxslərin dövlət maraqlarından çıxış edə biləcəklərini düşünmək əbəsdir.
“Milli şura” ideyasını dəstəkləyib, onu reallaşdırmaq istəyən radikal müxalifət partiyaları özləri üçün “xüsusi parametrlər”, “xüsusi prosedur qaydaları” müəyyən edir və onların “parametrlər”inə cavab verə bilməyən digər müxalifət partiyalarını “milli şura”nın sıralarına qəbul etmirlər. Özlərini “jüri”nin üzvləri kimi göstərən AXCP-Müsavat-“el” üçlüyü “milli şura”ya qoşulmaq istəyən digər müxalifət partiyalarını birlikdə saf-çürük edirlər. Belə etməklə sanki özlərini cəmiyyətin həyatında mühüm rol oynayan partiyalar kimi qələmə vermək istəyirlər.
Bunu Azadlıq Partiyasının sədri Əhməd Orucun özünün “Facebook” səhifəsində paylaşdığı “Kədərlənirəm, qəhər məni boğur...” başlıqlı yazısında bildirdiyi fikirlər də təsdiq edir: “Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) 14 mayda fəaliyyəti şəffaf olmayan, formalaşdırma prinsipi bəlli olmayan, xaric dövlətin təsiri altında olduğu haqqında şübhə olan, yaradılacaq “milli şura”da iştirak etməmək haqda qərar qəbul etdi. Elə həmin gündən də “milli şura”nı yaradanlar Məşvərət Məclisində bir sıra partiyaları ələ almaq üçün "şirnikləndirici" təkliflərlə suyultmağa girişdilər. Mən birliyimizdəki partiya liderlərinin verdiyi qərarlardan dönməyəcəyinə əmin olduğumdan bu məsələni ciddiyə almadım. Bu partiyaların sədrləri, liderləri nə vaxt dediklərindən dönüblər ki, onların gözünü vətən sevgisi elə örtüb ki, onlar heç "şirnini" görmür belə. Bəli. Onlar həbs nədir, heç ölümdən də qorxan deyillər, onların bir məsələ haqqında iki mövqeyi olmayıb, 3-4 mövqe ola bilər, o, bir o qədər də qorxulu deyil, yəni, qorxulusu ikiüzlü olmaqdır, çoxüzlülüyün elə bir qorxusu yoxdur”.
Əhməd Oruc bununla bərabər, DQMM-ə daxil olan “milli şura” üzvləri ilə söhbət edən partiya sədrlərindən birinin ona zəng etdiyini, ona “milli şura”ya daxil olmağı təklif etdiyini, lakin bu təklifdən imtina etdiyini yazır. Sonda o, kinayəli şəkildə fikirlərini belə yekunlaşdırır: “Dünəndən özümdə deyiləm, dostlarımın mənə görə pis vəziyyətə düşməsini özümə heç cürə bağışlaya bilmirəm, kədərlənirəm, qəhər məni boğur... (Mənim dəsmalım hanı?)
Dostlar, sizə oxşamadığıma, sizə layiq olmadığıma görə məni bağışlayın!”
Partiya sədrinin bu sözlərindən “milli şura”nı qurmaq istəyənlərin öz fikirlərində, planlarında səmimi olmadığını, sadəcə olaraq hansısa bir məqsədi, məramı, fəaliyyət istiqamətləri bilinməyən, xarici qüvvələrə xidmət etmək məqsədilə “milli şura” adı altında radikal müxalifət partiyalarının Azərbaycanın daxilində antimilli təşkilat qurmaq üçün səy göstərdikləri açıq-aydın görünür. Lakin “milli şura”ya qarşı birmənalı münasibətin olmaması artıq bu ideyanın gerçəkləşməmiş qüvvədən düşdüyünü bir daha təsdiq edir.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info