SDU-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
Tarix: 19.01.2018 | Saat: 17:20:00 | E-mail | Çapa göndər
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Prezident Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən universitetdə 20 Yanvar faciəsinə həsr olunan dəyirmi masa və bir sıra tədbirlər həyata keçirilib.
Professor-müəllim və tələbə heyəti universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və onların ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Universitetin rektoru professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq faciənin yaranma səbəbləri və faciə zamanı törədilən dəhşətlər haqqında ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Lakin silahsız, əliyalın xalq tankların qarşısına çıxaraq uzun illər Sovet imperiyasının əsarətindən qurtuldu, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirərək şərəfli bir tarix yazdı. Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu. Rektor onu da qeyd etdi ki, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış edib.
Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı törədilmiş təcavüzkar faciəyə- 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu qanlı hadisə yaddaşlardan heç vaxt silinməyəcək. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qürurvericidir ki, həmin oğullar arasında universitetimizin məzunları da öz şücaətlərini göstərdilər.
Rektor çıxışında onu da vurğuladı ki, bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədilər. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir.
Tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov “Qanlı 20 Yanvar ərəfəsində ölkədə ictimai-siyasi vəziyyət”,Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Samin Qocayev “Tariximizin qan yaddaşı- 20 Yanvar” mövzularında çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam haqqında ətraflı bəhs etdilər. Bildirdilər ki, Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hökümətinin millətimizə qarşı amansız terror aktı idi. 20 Yanvar, Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Amma baş verən hadisələr, milli münaqişələr sovetlər imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi azadlığına qovuşdu. Natiqlər 20 Yanvar hadisəsini Azərbaycanın müstəqilliyə gedən yoldakı ən şərəfli səhifə kimi qiymətləndirdilər.
Şəhid ailələri adından çıxış edən Həmzə Adıyevin bacısı Səadət Adıyeva bildirdi ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur, hər il bu hadisənin ildönümü dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur. Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin universitet rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.
Ümumxalq hüzn gününə həsr olunmuş tədbirdə tələbələrin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirildi.
Sonra rektor şəhid ailələri ilə dəyirmi masa ətrafında görüşərək onların problemləri ilə maraqlandı, bir çox məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər
22.02.2018
“Xocalı şahidləri danışır” kitabının təqdimatı olub
22.02.2018
Orxan İsayev: “Beynəlxalq qurumlar korrupsiya ilə mübarizəni müsbət qiymətləndirir”
22.02.2018
ATƏT/DTİHB-nin nümayəndələri prezident seçkiləri barədə məlumatlandırılıb
22.02.2018
“Sönmüş ocaqlar” adlı tədbir-sərgi təşkil olunub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info