20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb
Tarix: 19.01.2018 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


20 Yanvar hadisələrinin 28-cı ildönümü münasibətilə UNEC-in Memorial-Xatirə Kompleksi önündə tədbir keçirilib. Tədbirdə universitetin kollektivi ilə yanaşı, UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri də iştirak edib. Öncə vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC-in rektoru, professor Ədalət Muradov 20 Yanvarın Ümumxalq Hüzn Günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə danışan rektor bildirib ki, hadisələrin hüquqi qiyməti məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib. Ulu Öndər öz həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb tələb edib. Şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayan rektor onları universitetin qürur mənbəyi adlandırıb. UNEC-in əbədi tələbələri, şəhid Etibar Əliyev ilə Habil Əzizovun ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər. Onlar bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edən gənclərin-şəhidlərin şərəfinə ali təhsil ocağının ən görkəmli yerində xatirə kompleksinin ucaldılmasını və UNEC-in onları daim ehtiramla yad etdiyini vurğulayıblar. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qanla yazılan şərəfli tarix olduğunu bildirən şəhid ailələri dövlətin onlara göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
16.08.2018
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018
Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı
16.08.2018
Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
16.08.2018
Sahil Babayev əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9885

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info