Rusiya Afrindən çəkilir: Türkiyə ordusu Suriyada hərbi əməliyyat keçirəcək
Tarix: 19.01.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər
Afrində Türkiyə sərhədinə yaxın yerdə mövqe tutmuş 170 Rusiya hərbçisi 17 km geriyə çəkilir

Moskvaya səfər edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş olub. Görüşlərdə Türkiyənin Suriyanın Afrin bölgəsində planlaşdırdığı hərbi əməliyyatın detalları gündəmə gətirilib. Əsas müzakirə Türkiyə hərbi aviasiyasının Suriyanın hava sahəsindən istifadə istəyi ətrafında aparılıb. Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyindən Türkiyə təyyarələrinin ölkə səmasını pozacağı təqdirdə onların vurulacağı barədə xəbərdarlıq edilib. Bundan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin sözügedən məsələ ilə bağlı Rusiya və İranla danışıqlar apardığını deyib. Bu arada Moskvada Rusiya ilə razılaşmanın baş tutmayacağı təqdirdə Türkiyənin ikinci bir planının olduğu açıqlanıb. Türkiyə qırıcıları Suriya hava sahəsinə girmədən terror hədəflərini lazer silahları ilə vura bilər. F-16-ların həmin silahla Suriya sərhədinin 50 kilometr dərinliyindəki terrorçu mövqelərinə dəqiq zərbə endirmək imkanları var. ABŞ Dövlət Departamenti Türkiyəni Vaşinqtonun dəstəklədiyi YPG-yə qarşı yox, “İŞİD” terrorçularına qarşı mübarizəyə çağırır. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. Nauert ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, Ankaranın sərt reaksiyasına səbəb olmuş bu məsələ səhv təqdim edilib, YPG-yə dəstəyin əsas məqsədi “İŞİD”-dən azad edilmiş ərazilərin təhlükəsizliyini təmin etməkdir. Türkiyənin müdafiə naziri Nurəddin Canikli dünən bəyan edib ki, Ankara Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək. Türkiyənin müdafiə naziri deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımi şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq". Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib. Müdafiə naziri terror təşkilatının sahib olduğu bütün silahlarla bağlı onlarda dəqiq informasiya olduğunu deyib: «Həmin silahların harada saxlandığını bilirik. Hazırda tanklar vasitəsilə yerinə yetirilən mərmi atışlarında bu məsələ də nəzərə alınır». Canikli deyib ki, YPG-nin əlində tank əleyhinə silahlar olduğunu bilirlər: “Biz də hazırlığımızı buna uyğun qurmuşuq. Silah sistemlərimiz təkmilləşdirilib. Elektronik silahlar da daxil olmaqla hər cür imkanlara sahibik. Terror təşkilatının əlində olan silahları məhv və ya bloklamaq imkanlarımız yetərlidir”. ABŞ-ın “İŞİD”-lə bağlı açıqlamasına münasibət bildirən nazir deyib ki, “İŞİD” məsələsi artıq bitib: “Əslində, bu ifadələr belə, ABŞ-ın, xüsusilə Suriya ərazisindəki bəlli bölgələrdə nüfuz dairələri yaratmaq istəyinin nəticəsi olduğunu göstərir. Çox mənasız bir açıqlamadır. Günlük taktiki açıqlamalardan başqa, bir şey deyil”. Dünən yayılan son məlumatlarda qeyd edilir ki, Türkiyənin hərbi əməliyyat keçirməyə hazırlaşdığı Afrin bölgəsində olan Rusiya hərbçiləri ərazidəki mövqelərindən geri çəkilməyə başlayıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Afrində Türkiyə sərhədinə yaxın yerdə mövqe tutmuş 170 Rusiya hərbçisinin 17 km geriyə doğru çəkilməyə başladığı xəbər verilir. Bu, Türkiyə ordusunun həmin ərazidə hərbi əməliyyata başlayacağını göstərir.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Moqerini beynəlxalq ictimaiyyəti İranla iqtisadi əlaqələri normallaşdırmağa çağırıb
22.05.2018
İraqın şimalında 2 türk əsgəri şəhid olub
21.05.2018
Rusiyalı politoloq xəbərdarlıq edir: “Ukrayna boz zonaya çevriləcək”
21.05.2018
Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı
21.05.2018
Kiyevdə AXC-nin 100 illiyi qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info