İtaliya jurnalı: 20 Yanvar qırğını müstəqil Azərbaycanın milli kimliyinin başlanğıc anı oldu
Tarix: 20.01.2018 | Saat: 11:07:00 | E-mail | Çapa göndər
İtaliyanın “Mediaperiscope” onlayn jurnalında Roma Sapienza Universitetinin dosenti Daniel Pommierin 20 Yanvar faciəsinə həsr olunmuş “Qara Yanvar. Yenidənqurmanın digər üzü” adlı məqaləsi yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə keçən əsrin 80-ci illərinin sonları və 90-cı illərinin əvvəllərində keçmiş Sovet İttifaqının parçalanması ərəfəsində ölkədə iqtisadi və siyasi sistemin yenidən qurulmasını və köklü islahatların aparılmasını nəzərdə tutan “yenidənqurma” siyasətinin imperiyanın tərkibinə daxil olan xalqlar arasında etnik münaqişələrə rəvac verməsi və millətlərarası problemlərə gətirib çıxarması fonunda Azərbaycan xalqının məruz qaldığı ədalətsizliyə qarşı, eləcə də imperiya asılılığından xilas olmaq üçün öz azadlığı uğrunda mübarizəyə başlamasından və sovet rəhbərliyinin bu xalqın mübarizə əzmini boğmaq üçün qanlı repressiyaya əl ataraq 20 Yanvar qırğınını törətməsindən bəhs olunur.
Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 25 mindən artıq sovet hərbçisi Bakı şəhərinə daxil olaraq ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionunun sovet Ermənistanına birləşdirilməsi tələblərinə və rəsmi Moskvanın bu məsələ ilə bağlı qərəzli mövqeyinə etiraz edən dinc nümayişçilərə qarşı 147 nəfərin ölümünə və 744 nəfərin yaralanmasına səbəb olmuş qanlı qırğın həyata keçirib. Həmin dövrdə Azərbaycanda siyasi və sosial vəziyyətin gərgin olduğunu, lakin bütün siyasi qüvvələrin milli məsələ ətrafında sıx birləşdiyini qeyd edən müəllif Sovet İttifaqının o vaxtkı rəhbəri M.Qorbaçovun Bakıya qoşun yeritməsini təkcə özünün deyil, bütün Sovet İttifaqının legitimliyinin tam itirilməsinə gətirib çıxardığını vurğulayır və bu xüsusda, britaniyalı jurnalist Tomas de Vaalın “1990-cı ilin 20 yanvar tarixində Moskva Azərbaycanı tamamilə itirdi” kimi fikirlərinə istinad edir.
Yazıda 20 Yanvar qırğınının müstəqil Azərbaycan dövlətinin milli kimliyinin başlanğıc anı olduğu vurğulanır, o cümlədən bölgənin ən dinamik ölkələrindən biri olan Azərbaycanda siyasi legitimliyi anlamaq üçün xüsusi hal olduğu qeyd edilir.
Məqalədə, həmçinin yanvarın 24-də Romanın Sapienza Universitetində Azərbaycanla bağlı müxtəlif tədqiqat mövzularına həsr olunmuş konfransın keçiriləcəyi və yuxarıda qeyd olunan məsələlərin də müzakirə mövzusu olacağı bildirilir.




 
Bölməyə aid digər xəbərlər
20.05.2018
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
20.05.2018
Bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilir
19.05.2018
Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya
19.05.2018
Azərbaycan prezidenti Kuba Dövlət Şurasının sədrinə başsağlığı verib
19.05.2018
“Azeri Light”ın bir barreli 79,66 dollara satılır

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9282

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Eldar Aslanov : “Müəllim adına layiq olmayan şəxsə müəllim diplomu verməməliyik”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info